Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

BP AÇG və "Şahdəniz"də yükqaldırıcı avadanlıqlara xidmət üzrə beşillik müqavilə bağlayıb

BP AÇG və "Şahdəniz"də yükqaldırıcı avadanlıqlara xidmət üzrə beşillik müqavilə bağlayıb
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

"EnerMech" və "Oil Gas ProServ" şirkətləri tərəfindən yaradılmış "EnerMech OGP" birgə müəssisəsi BP ilə Xəzər regionundakı 9 platformada dəniz kranlarının istismarı və texniki xidmət göstərilməsi haqqında beş il müddətinə müqavilə imzalayıb.

Bu barədə "EnerMech OGP" şirkətinə istinadən xəbər verilir.

Məlumata əsasən, bu müqavilə "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarında yerləşən dəniz obyektlərinə şamil edilir. Sənədə əsasən, birgə müəssisə yükqaldırıcı avadanlıqların tam istismar dövrünü, texniki xidmət göstərilməsini, təftiş işlərini və mühəndis müşayiətini öz üzərinə götürəcək. Layihənin icrasını "EnerMech" şirkətinin qlobal "Lifting Solutions" bölməsinin dəstəyi ilə "EnerMech OGP"nin hazırkı yerli heyəti həyata keçirəcək.

"EnerMech OGP"nin səhmdarı Eldar Məmmədzadə isə bu müqavilənin birgə müəssisənin inkişafında mühüm bir mərhələ olduğunu vurğulayıb. O qeyd edib ki, müqavilə göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, yeni peşəkar bacarıqların artırılması və Azərbaycanın dəniz enerji bazarında kadrların lokallaşdırılması proqramının gücləndirilməsi üçün zəmin yaradır.

"Lifting Solutions" üzrə vitse-prezident və "EnerMech"in Xəzər regionu üzrə baş direktoru Mark Dalqarno qeyd edib ki, qarşıdakı beş il ərzində şirkət yükqaldırma əməliyyatlarının etibarlılığının və təhlükəsizliyinin təmin edilməsinə, o cümlədən BP-nin dəniz obyektlərində işin səmərəliliyinin artırılması üçün əlavə imkanların üzə çıxarılmasına diqqət yetirəcək.

Mənbə:report.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə