“Bank Respublika”nın İdarə heyətinə iki təyinat olub

“Bank Respublika” ASC-nin İdarə Heyətinə yeni üzvlər təyin edilib.
ENA.az xəbər verir ki, Anar Hüseynağa oğlu Həmidov və Tələt Dünyadur oğlu Orduyev bankın İdarə Heyətinin üzvü təyin edilib.
Anar Hüseynağa oğlu Həmidov bundan əvvəl “Bank Respublika”da pərakəndə bankçılıq üzrə icraçı direktor vəzifəsində çalışıb. A.Həmidov daha əvvəl bankın Pərakəndə Satışlar Departamentinin direktoru olub.
Tələt Dünyadur oğlu Orduyev 2017-ci ildən bankın Risklərin idarə edilməsi departamentinə rəhbərlik edib, 2022-ci ildə isə risklərin idarə edilməsi üzrə icraçı direktor təyin olunub.
Mənbə:banker.az











