Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

AMB: Sahibkarların kredit müraciətləri poçtla qəbul ediləcək

AMB: Sahibkarların kredit müraciətləri poçtla qəbul ediləcək
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycanda sahibkarların kredit müraciətləri poçt operatorları vasitəsilə qəbul ediləcək.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakıda keçirilən "Biznesdə Gənclər Proqramı - Qafqaz" tədbirində bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum son üç ildə sahibkarların bank xidmətlərindən istifadəsinin asanlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib: "Bu istiqamətdə rəqəmsallaşmanın təşviqi və tənzimləyici tədbirlərlə yanaşı, bir neçə mühüm yeniliyi də qeyd etmək istərdim. Xüsusilə agent bankçılığın əhəmiyyətini vurğulamaq istərdim. Bu yanaşma banklara kredit müraciətlərinin qəbulunu milli poçt operatoru, bank olmayan kredit təşkilatları, ödəniş və elektron pul təşkilatları vasitəsilə həyata keçirməyə imkan verir. Nəticədə bank filiallarından uzaq məsafədə fəaliyyət göstərən sahibkarların kreditə əlçatanlığı artır. Bununla yanaşı, AMB davranış əsaslı kreditləşmə yanaşmasının tətbiqinə başlayıb. Bu yanaşma həm istehlak, həm də mikrokreditləşməni əhatə edir".

Mənbə:report.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə