Bank

Zakir Nuriyev: Banklarda izafi likvid vəsaitlər formalaşmışdı

Bankların sağlamlaşdırılma prosesi, onların kapitallaşdırılması, korporativ idarəetmə sistemlərinin təkmilləşdirməsi və s. tədbirlər uzun müddətlidir.

"ENA" xəbər verir ki, bunu Azərbayxan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, proseslər davam edir və buna təkan verən amillərdən ən önəmlisi Prezidentin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərman oldu. " Hazırda imzalanmış məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi üzrə fərman da bu proses də rol oynayacaq. Burada həm məhkəmə qərarlarının icrası məsələləri banklar üçün əhəmiyyətlidir, eyni zamanda problemli məsələlərin məhkəmələrdə baxılması məsələsi çox önəmlidir. Bütün qəbul edilmiş fərmanlar, görülmüş tədbirlər kompleks şəkildə problemin həllinə köməklik göstərəcək. Proses olduqca sürətlə gedir". 

Z.Nuriyev qeyd edib ki, hazırda bankların kapitallaşması yüksəlib, eyni zamanda artıq banklarda dayanıqlılıq artıb. "Banklar yenidən iqtisadiyyatın aktiv şəkildə kreditləşməsi imkanı əldə ediblər. Banklarda izafi likvid vəsaitlər formalaşdı, bunlar uzun müddətli vəsaitlərdir və banklar bu vəsaitləri kiçik və orta biznesin kreditləşməsini və daha uzun müddətli olmasına sərf edə biləcək. Bu da bankların həm sağlamlaşmasına, həm kapitallaşmasına və gəlirlilyin artmasına xidmət edəcək".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department