Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edilib

“Rosqvardiya”nın general-mayoru Əliyar Abdullayev Dağıstanın Azərbaycandakı nümayəndəsi təyin edilib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Müvafiq fərmanı Dağıstan rəhbəri Sergey Məlikov imzalayıb.
Əvvəlki nümayəndə Marat Askenderov öz xahişi ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, 2023-cü ilin may ayında Dağıstanın Bakıdakı daimi nümayəndəliyi ayrıca hakimiyyət orqanı kimi formalaşdırılıb. Əliyar Tanrıverdi oğlu Abdullayev ehtiyatda olan general-mayordur. “Rosqvardiya”da tutduğu ən yüksək vəzifə Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Volqaboyu Dairəsinin komandanının şəxsi heyətlə iş üzrə müavini (2016-2023-cü illər) olub. 2006-cı ildə "Rusiya DİN-in Daxili Qoşunlarının hərbi qulluqçularının dövlət-vətənpərvərlik tərbiyəsi" adlı dissertasiya işini müdafiə edib.