Bank

"Bu günə kimi bu buferin tətbiqi ilə bağlı hər hansı bir zərurət yox idi, amma..." AMB sorğunu cavablandırdı

Azərbaycan Mərkəzi Bankı kredit portfelinin ÜDM-ə nisbətinin özünün uzunmüddətli trendindən kənarlaşması və kapitalın adekvatlıq əmsalı ilə bağlı ENA tərəfindən təqdim edilən sorğunu cavablandırıb.

Beləliklə AMB qeyd edir ki, kredit portfelinin ÜDM-ə nisbəti göstəricisi üzrə trend və ondan kənarlaşmanın (“qəp”-in), o cümlədən müvafiq kapital buferinin hesablanması qaydası Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda Əlavə 2-də qeyd edilib.

https://uploads.cbar.az/assets/33619efb1613fd96c7d4f3e1b.pdf

 

Kontr-tsiklik kapital buferinin aktivləşməsi üçün sözügedən kənarlaşma ən azı 2% olmalıdır. Cari vəziyyətdə bu göstəricinin 2.9% təşkil etməsi öz növbəsində müvafiq kapital buferinin də tətbiqini aktuallaşdırıb.

Buferin maksimal həddi 2.5%-dir və bu göstəricidə heç bir dəyişiklik yoxdur. Lakin bu günə kimi bu buferin tətbiqi ilə bağlı hər hansı bir zərurət yox idi. Amma 01 mart 2025-ci il tarixindən etibarən onun 0.5%-lik hissəsi artıq tətbiq olunacaq.

Əlavə kapital buferi tələbi kreditləri "böhrana düşməkdən" xilas edəcəkmi? Bankların borc vermək məsuliyyəti daha da artdı | ENA.az

Lakin bu məcmu kapital adekvatlığı üzrə tələbin 12.5%-ə qalxması mənasına gəlmir. Bu tələb də 12%-də olduğu kimi qalır. Sadəcə olaraq, onun üzərinə 0.5%-lik əlavə bufer gəlir ki, bu da nəticə etibarilə, sistem əhəmiyyətli bankların özlərinin faktiki məcmu kapital üzrə adekvatlıq əmsallarının 12.5%-dən az olmamasını tələb edir. Eyni analogiya ilə, bu sistem əhəmiyyətli olmayan banklar üçün 10.5% deməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)