Bank

AMB valyuta hərraclarında yeni qaydalar tətbiq edir

Kommersiya bankları artıq son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək.

ENA.az xəbər verir ki, bununla bağlı “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda 24 dekabr 2024-cü il dəyişikliklər edilib.

Buna qədər isə valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu.


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin QƏRARI

№ 52/1

Bakı şəhəri “24” dekabr 2024-cü il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 15 noyabr tarixli 49/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında  xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən

QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 15 noyabr tarixli 49/2 nömrəliQərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda aşağıdakı dəyişiklik edilsin:

1.1. 3.1.2-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

1.2. 3.1.3-cü yarımbənd və 3.2-ci bənd ləğv edilsin.

  1. Hüquq və təşkilati işlər departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri Taleh Kazımov
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)