MALİYYƏ

Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?

Fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün Maliyyə Nazirliyi üç tranş çərçivəsində 430,6 milyon manat ayırıb.

ENA.az xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib. 

O bildirib ki, Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanının icrasına uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə siyahı təqdim edilib:

“8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb. Aprelin 19-da isə Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş ayrılıb.

Ümumilikdə 430,6 mln. manat məbləğ bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülüb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department