MALİYYƏ

Maliyyə Nazirliyi sentyabrda 6,5% ilə banklara manat satdı

Bu ilin sentyabr ayında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 5 depozit hərracı keçirib.

ENA.az nazirliyə istinadən xəbər verir ki, hərraclarda ümumilikdə xəzinə hesabının 87 milyon manat qalığı 28 və 84 gün müddətlərinə 6,5% orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" ilə müəyyən olunur. Nazirlik bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)