Sosial

Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur.

ENA.az xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqda müəyyən şəxslərin dövlət qulluğuna bu əsasla xitam verilməsi mümkün olmayacaq.

Bu kateqoriyaya hamilə qadınlar, üç yaşınadək uşağı olan qadınlar, üç yaşınadək uşağı təkbaşına böyüdən şəxslər, məktəb yaşınadək uşağını təkbaşına böyüdən şəxslər daxildir.

Bundan başqa, himayəsində əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan dövlət qulluqçusunun da ştat ixtisarına görə işdən çıxarılması nəzərdə tutulmur. Məsələ 13.pdf

Beləliklə, layihə qəbul edilərsə, dövlət qurumlarında struktur və ya ştat ixtisarları aparılarkən sadalanan şəxslər üçün ayrıca hüquqi təminat Məcəllə səviyyəsində müəyyən ediləcək.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)