Makron İngiltərəyə səsləndi: “Aİ-yə qayıdın”
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq istəməsi halında bunun həm ölkə, həm də Avropa üçün müsbət addım olacağını bildirib.
ENA.az xəbər verir ki, Makron İspaniyaya səfərinin son günündə Madrid şəhərində İspaniyanın Baş naziri Pedro Sançeslə birgə keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın Aİ-yə qayıtması ilə bağlı suala cavab verib. O, britaniyalılara “yenidən xoş gəlmisiniz” mesajını çatdırıb.
Makron bildirib ki, Böyük Britaniyanın Aİ-yə yenidən qoşulmaq istəməsi və Baş nazir Endi Börnhəmin bu istiqamətdə addım atması həm britaniyalılar, həm də avropalılar üçün “çox yaxşı xəbər” olardı. Fransa lideri müdafiə, təhlükəsizlik və miqrasiya məsələlərində Londonla ikitərəfli əməkdaşlığın davam etdiyini vurğulayıb.
Böyük Britaniyanın Baş naziri Endi Börnhəm daha əvvəl ölkəsinin Aİ-dən ayrılmasının Britaniyaya faydadan çox zərər verdiyini və Aİ-yə yenidən qoşulma variantının nəzərdən keçirilə biləcəyini bildirmişdi.

















