MALİYYƏ

Qeyri-neft ixracında ən böyük şirkətlər açıqlanıb – TOP 10

2026-cı ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şi rkət i “nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Prime Export” MMC, “Tabaterra” MMC, “Vvest Stream” MMC, “Agrarco” MMC, “Silk Way Aviaşirkəti” MMC və “P-Aqro” MMC.

ENA.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayında təqdim edilib.

Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “Azergold” QSC, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan Enerji” MMC, “Socar Cape” MMC və “Azəripək” ASC

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)