“Xalq Bank”da idarə rəisinin vəzifəsi təsdiqlənib
Azərbaycan bank sektorunda aktivlərinə görə 4-cü ən böyük bank olan ASC “Xalq” bankının (Xalq Bank) Xəzindarlıq İdarəsinin yeni rəhbərinin vəzifəsi təsdiqlənib.
"ENA" xəbər verir ki, əldə etdiyi məlumata əsasən, bu günə qədər adıçəkilən idarədə rəis vəzifəsini müvəqqəti icraedici olan Rövşən İsmayılov təyin edilib.
Xatırladaq ki, “Xalq Bank” ASC-də hazırda 12 İdarə vardır.
Əlavə olaraq bu bankın təşkilatı strukturu departament deyil, idarələrdən təşkil olunur.