Azərbaycanda 4 bankın faiz xərcləri 10 milyon manatdan çoxdur
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün faiz xərcləri 10 milyon manatdan çox olub.
"ENA.az" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (23,408 milyon manat), "Kapital Bank" (16,433 milyon manat), "Access Bank" (12,777 milyon manat) və "PAŞA Bank"dır (10,092 milyon manat).
Qalan 26 bankdan 20-də faiz xərcləri 1-10 milyon manat arasında, 6 bankda isə 1 milyon manatdan azdır.