6 min şəxs dövlət fondunun kirayə evlərində yaşayır

İpoteka kreditıərinin həcmi 3 milyard manatı keçib. İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) İdarə Heyəti sədrinin müşaviri İlham Kələşovun sözlərinə görə, fond bugün dövlətkn ən iri maliyyə təşkilatlarından biridir.
Eyni zamanda, kirayə mənzillərin sayı 6 mini ötüb. Zəmanət verilmiş sahibkarlıq kreditlərinin həcmi isə 500 miyon manatdan yuxarıdır.
Qeyd edək ki, Fondun səhmdarı dövlətdir və nizamnamə kapitalı 1 milyard 68 milyon manatdır.
Fond yüksək kapitallmaya malikdir və kapitalın aktivlərə nisbəti 33,4 faizdir. Ötən 18 il ərzində İKZF-nun mənfəətlə işləməsi də diqqəti çəkir.