Gündəm

İstintaq prosesi başa çatana qədər AZAL bu istiqamətlərə uçuşları dayandırdı

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.

Bu barədə AZAL-dan bildirilib.

Qeyd olunur ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)