Bank

Manatla depozit bahalaşır. Əhali "yastıq pulları"nı banklara qoymağa başlayıb - 30 MİN YENİ UNİKAL HESAB

Son bir ildə Azərbaycanda depozit faizlərində ciddi artım qeydə alınır. Vaxtilə 3-4 faizə götürülən manat əmanətləri üzrə faizlər hazırda 10-12% arasında dəyişir. Faizlərin artması səbəbindən “yastıq altındakı” bəzi pullar banklara daxil olur.

ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının uçot ilə bağlı son açıqlamasında  maliyyə sektorunun dayanıqlı maliyyələşmə mənbələrinin genişləndiyi göstərilir.

“Bu da pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində aparılan ardıcıl islahatların nəticəsidir. Belə ki, cari ilin 11 ayında milli valyutada yerləşdirilmiş müddətli əmanətlərin unikal sayında 30.3%, həcmində isə 20.9% (945.3 mln. manat) artım qeydə alınıb. Bu müsbət dinamika milli valyutaya olan etimadın da bariz göstəricisidir”, - deyə qeyd edilir”.

Qeyd edək ki, hesabların artım dinamikası bu ilin may ayından başlayaraq daha ciddi nəzərə çarpır. Hər ay təxminən 6-8 min yeni hesab açılıb. Ümumilikdə bu il unikal şəkildə 30 mindən çox hesab açılıb.  Yəni bank sektoruna 30 min yeni unikal müştəri daxil olub.

Bu ilin 10 ayı üzrə geniş mənada pul kütləsi 44 milyard 452.6 milyon manatdır. M2 pul aqreqatı 34 milyad 625 milyon manatdır. Banklardan kənarda olan hissəso isə 15 milyard 748 milyon manat təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)