Bank

Azərbaycan bankları 11 aya 966 milyon manat xalis mənfəət əldə ediblər

30 noyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 483, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 mlrd. 200 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 153 nəfər artaraq 25 mlrd. 219 (ilin əvvəlindən 7% və ya 1 mlrd. 650 əməkdaş) nəfər təşkil etmişdir.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 50 mlrd. 164.6 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 662.6 mln. manat, balans kapitalı 6 mlrd. 502 mln. manat olmuşdur.

İlin əvvəlindən bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 2%, 1.3% və 7.2% artmışdır.

Kredit portfelinin artımı cari ilin noyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.1% və ya 287.6 mln. manat artaraq 27 mlrd. 368.1 mln. manat olmuşdur.

Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.9% (14 mlrd. 746.7 mln. manat); ıı) istehlak kreditləri – 30.8% (8 mlrd. 422.9 mln. manat) və ııı) ipoteka kreditləri – 15.3% (4 mlrd. 198.6 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.6%-i və ya 35 mlrd. 192 mln. manat. Depozit portfelinin 60.6%-i (21 mlrd. 332.1 mln. manat) hüquqi şəxslərin, 39.4%-i (13 mlrd. 859.9 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (9 mlrd. 034.8 mln. manat) milli valyutada, 34.8%-i (4 mlrd. 825.1 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.4%-i (8 mlrd. 371.4 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0.7% və ya 56.6 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 15 mlrd. 833.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.2%-ni təşkil etmişdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.1 faiz bəndi azalaraq 34.1% təşkil etmişdir.

2024-cü ilin yanvar – noyabr aylarında banklar tərəfindən 966.5 mln. manat xalis mənfəət, 1 mlrd. 535.8 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)