Qəza ilə bağlı yaradılmış qaynar xəttə 373 zəng daxil olub. Azərbaycanın Qazaxıstandakı səfirliyi qarşısından - FOTO+VİDEO

AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra Qazaxıstanın bütün dövlət qurumları çevik xilasetmə əməliyyatlarına başlayıblar. https://tengrinews.kz saytının yazdığına görə, bu gün Qazaxıstan vaxtı ilə saat 16;44-ə bu ölkənin Fövqəladə Hallar Nazirliyində yaradılmış qaynar xəttə 373 zəng daxil olub.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin qarşısına isə başsağlığı vermək üçün axın başlayıb. İnsanlar səfirliyin önündə qoyulan güşəyə gül-çiçək qoyurlar.
Aşağıdakı fotolar Səfirliyimizin qarşısında çəkilib.