“Ziraat Bank Azərbaycan”ın sədri infarkt keçirib? - AÇIQLAMA
İki gün öncə “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demircinin infarkt keçirdiyi (ürək tutması) bildirilir. Yayılmış məlumata görə, vəziyyəti ağır olan 51 yaşlı Avni Demirci müalicə üçün Türkiyəyə aparılıb.
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Üzvü Fərid Əliyev “Marja”ya bildirdi ki, Avni Demirci ötən həftə xaricdə səfərdə olub: “Sədrimiz bu gün səhər Azərbaycana qayıdıb. Mən gün ərzində 3 dəfə onunla danışmışam. İnfarkt barədə deyilənlər yalandır, sadəcə Avni bəy qrip olub. Sabah onun işə çıxacağını gözləyirik”.
Avni Demircinin yaxın dostlarından biri də bildirdi ki, infarkt barədə məlumat yalandır: “Avni Demirciyə güclü soyuq dəyib və o qripdir. Hazırda Bakıdakı evindədir və sabahdan işə çıxacaqdır”.
Avni Demirci bank sektorunda 23 ildən artıq peşəkar iş təcrübəsinə malikdir. 30.12.2014-cü il tarixindən etibarən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra etməkdədir.
Avni Demircinin tezliklə sağalamasını arzulayırıq.