“Unibank” istiqraz satdı, 4 milyon dollar cəlb etdi

“Unibank” 4 milyon ABŞ dolları cəlb etdi. Bunun üçün Bakı Fond Birjasında yerləşdirilən istiqazları tam həcmdə satılıb.
ENA.az xəbər verir ki, 61 investor Unibank istiqrazlarını almaq üçün dollarla yatırım ediblər. 6 il tədavül müddəti olan istiqrazlara kupon ödəniş dərəcəsi isə 8 faizdir.
Qeyd edək ki, Unibank istiqazları bank bazarında dollarla ən yüksək faiz ödənişi verən və uzunmüddətli istiqrazlardır. Bank istiqraz satışından daxil olan vəsaitlə yeni layihələrin həyata keçirilməsini hədəfləyir. Yerləşdirmə üzrə anderrayter Unicapital İnvestisiya Şirkətidir.