Azərbaycan Mərkəzi Bankının ehtiyatları hansı valyutadadır?

2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib. Ümumilikdə aktivlərin 8,587,584 pul aktivlərində saxlanılır. Bunun da 8,271,589 məbləği ABŞ dollarındadır, başqa sözlə 96.3%-i.
AMB-nin hesabatına əsasən, ötən il qurumun valyuta ehtiyatları hər bir tranşın və alt-portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilib, daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq davam etdirilib.
Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn yüksək qeyri-müəyyənlik mühitində, pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılıb.