Bank

Azərbaycan banklarının xarici borcu artıb

2024-cü ildə bank sektorunun müddətli xarici borcu 23.3% artaraq 619 mln. ABŞ dolları olub. Bununla belə, bank sektorunun öhdəliklərində xarici borcun payı aşağı olaraq qalmaqdadır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, xarici borc bankların ümumi öhdəliklərinin cəmi 2.3%-ni təşkil edib.

Qeyd edək ki, ölkədə depozit faizlərinin yüksəlməsi ilə əlaqədar bəzi banklar xarici mənbələr hesabına vasit cəlb etməyə çalışdılar. Nəticədə xarici öhdəliklərin həcmi artdı.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)