Bank

Bankların Mərkəzi Banka olan borcları azalıb

Azərbaycan banklarının Mərkəzi Banka borcları azalmaqda davam edir.

"ENA" Maliyyə Bazarlarına Nəzarət Paltasının statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 1-ci rübü ərzində Mərkəzi Bankın banklara qarşı tələbləri 53,6 milyon manat azalıb. Belə ki, ötən ilin sonun da 384.7 milyon manat təşkil etmiş tələblər, 31 Mart 2019-cu il tarixində 331.1 milyon manat təşkil edib.

Mərkəzi Bankın banklara qarşı tələbləri ötən ilin Mart ayı ilə müqayisədə isə 167,9 milyon manat azalıb. 31.03.2018-ci il tarixində  Mərkəzi Bankın banklara qarşı tələbləri  499 milyon manat idi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)