Almaniyanın iki aparıcı bankı birləşməkdən imtina edib
Almaniyanın iki aparıcı bankı – “Deutsche Bank” və “Commerzbank” birləşmək barədə danışıqları dayandırmağa qərar verib.
“BI” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bununla belə, maliyyə qurumları məsələ ilə bağlı şərh vermək istəməyib.