İnşaat və əmlak

"Kupça"sı olmayan“novostroyka”larda pul ödənməsi qanunidir?

Hazırda yeni inşa edilən binalarda kommunal xidmətlər üçün ödənişlər fərqlidir. Bu ödənişlərin mənzilin “klasın”dan asılı olaraq dəyişir. Paytaxtda inşa edilmiş bu binalarda aylıq kommunal ödənişi 2 20 manat olan da var, 300 manat olan da . Bəs bu ödənişləri ödəmək nə qədər doğrudur? Ümumiyyətlə mənzillərin kommunal ödənişləri üçün ödənilməli məbləğ nə qədər olmalıdır? Bu sualı daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev cavablandırıb.

Mənzillər üçün aylıq kommunal ödənişlər bir neçə sistem üzrə qurulub. Bunlardan biri Mənzil Kommunal və Texniki Xidmət sahələridir. O binalara ki, dövlət qurumu tərəfindən xidmət göstərilir  bu binalar əsasən 50-60 il bundan qabaq inşa edilmiş binalardı. Bu binalrda kommunal xidmətlər bağlı fiksasiya olunmuş müəyyən qiymətlə var.

O ki, qaldı yeni tikililərdə , belə binalarda ödənişlər 3 cür olur. Bəzi yeni inşa edilmiş binalar keçib dövlətin balansına və həmin binalarda nə komendant var, nə də idarə edici şirkət var. Bu binalar da qoşulub köhnə tikililərin cərgəsinə.

İkinci üsul binaların təmizlik işlərinin idarə edilməsi üçün yaradılan kamadit təşkilatıdır. Bu zaman bina sahibləri özləri binaya belə desək qulluq olunması üçün gərək olan xərci birlikdə müəyyənləşdirib özləri də bu vəsaiti toplayırlar.

Üçüncü üsul isə binaya inşa edilən şirkət tərəfindən xidmət göstərilir. Lakin ödəniş binada yaşayanların hesabına olunur.

Bu sadalanan ikinci üçüncü üsullar da alınan xidmət haqqları nəyəsə əsasən hesablanmalıdır. Bu da əgər kamaditlərdən danışırıqsa ev sahiblərinin yaratmış qurumdu və bu qurumun müəyyən büdcəsi olur bu büdcəni də binada yaşayanlar özləri müəyyən edir.

Hazırda ölkəmizdə daha  geniş yayılmış  variant isə binanı inşa etmiş şəxslərin ixtiyarında olmasıdır. Sözsüz ki, həmin qiymətlərin müəyyən olunması şirkət rəsmiləri tərəfindən edilir. Hesablamaları isə özləri edirlər. Yəni nə qədər pul toplanmağını şirkət rəsmilərinin özləri qərar verirlər. Bu hüquqi cəhətdən düzgün deyil. Çünki bəzi  mənzillərin dövlət reysterindən çıxarışı  yoxdur. “Kupçası” olmayan mənzillərə xidmət göstərilməsi qanuni cəhətdən düzgün deyil. Mənzil sahibinin razılığı olmadan kimsə onlara xidmət göstərə bilməz. Sadəcə bir sıra hallarda binalar təhvil verilmir evlərin “kupçaları” olmur. Ona görə , də mənzil sahibləri bir növ tikinti şirkətlərinin girovuna çevrilirlər.

“Kupça” verilmədiyi halda novostroykada yaşayan adamın pul ödəməsi qanunidir?

Əgər əmlaka “kupça” verilməyibsə bu o deməkdir ki, həmin vətəndaş həmin binanı inşa edən şirkətin ərazisində yaşayır. Həmin tikinti şirkəti də mənzili satdığı şəxsdən özünün müəyyənləşdirdiyi məbləğdə  ödəniş tələb edir. Əslində bu vəziyyətdə qanunla tikinti şirkətləri haqlıdırlar. Baxmayaraq ki, bu mənzili alanın mülkidir. Lakin “kupça” olmadığından dövlət qeydiyyatında həmin şəxsin mənzilə hüquqi olmur.  Hətta bu tip mənzilləri satan da da ev sahibi öz adından satmır. Binada bütün mənzillərə kupça verilməsi bu o deməkdir ki, bina tikinti şirkətinin nəzarətindən çıxır. Amma mənzilə “kupça” verilməyibsə bu o deməkdir ki, bina tikinti şirkətinin ərazisi sayılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)