Zığ gölünün ətrafında yeni yaşıllıqlar salınacaq
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən Zığ gölünün ətrafında yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması işləri ilə bağlı satınalmanın nəticələrini açıqlayıb.
ENA.az xəbər verir ki, qalib “Region Mühəndislik” MMC olub.
Müqaviləyə əsasən, layihə çərçivəsində Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqlar salınacaq və damcılı suvarma sistemi qurulacaq. İşlər layihənin birinci mərhələsini əhatə edir.
Qalib şirkətlə bağlanacaq müqavilənin dəyəri 4 602 873 manat təşkil edir.


















