İqtisadiyyat

Azərbaycanda İpoteka portfeli üzrə kreditlərin orta faizi 6,5% təşkil edir

Azərbaycanda 73,4 min nəfər 5,4 milyard manat dəyərində ipoteka krediti alıb. Bunun 80 faizi İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləridir.

ENA.az xəbər verir ki, bu varədə jurnalistlərə Fondun Baş meneceri Rasim Abdullayev məlumat verib. Onun sözlərinə görə, kreditlərin 23 faizi regionlara verilib. İpoteka krediti alanların 58 faizi dövlət sektorunda çalışanlardır. Borcluların 34%-i 29-34 yaşlarında olan vətəndaşlardır. 

İpoteka portfeli üzrə kreditlərin orta faizi 6,5%-dir. Rasim Abdullayev qeyd edib ki, bu, bir çox ölkələrdən, xüsusən də Avropadakı analoji  xidmətlər üzrə faizlərdən daha aşağıdır. Onun sözlərinə görə mənzil bazarındakı qiymətlər daim izlənilir və evıərin qiymətinə uyğun olaraq kredit məbləğləri də artır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)