Azərbaycanın fındıq ixracından gəliri 120 milyon dollara çatıb
2026-cı ilin ilk 9 ayında Azərbaycanın meşə fındığı ixracında həm fiziki həcm, həm də gəlir baxımından dəyişikliklər qeydə alınıb.
ENA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin ilk 9 ayında 100,44 milyon ABŞ dolları təşkil edən fındıq ixracının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 16% artaraq 116.52 milyon ABŞ dollarına çatıb.
Gəlirlərin artmasına baxmayaraq, xaricə satılan fındığın fiziki həcmində azalma olub. 2025-ci ilin müvafiq dövründə 13 486.15 ton meşə fındığı ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 17% azalaraq 11 251.21 ton təşkil edib.
Meşə fındığının ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ildəki 0.54%-dən 2026-cı ildə 0.49%-ə düşüb. Qeyri-neft sektoru üzrə ixracda fındığın payı isə 2025-ci ilin müvafiq dövründəki 3.79%-dən 2026-cı ilin eyni dövründə 1.75%-ə enib.



















