Əsas məzmuna keç
Bakı +15°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

Nazir müavini: "Buğda istehsalında 70 %-⁠lik özünütəminetmə hədəfi müəyyənləşdirilib"

Nazir müavini: "Buğda istehsalında 70 %-lik özünütəminetmə hədəfi müəyyənləşdirilib"

Azərbaycanda buğda istehsalında 70 %-lik özünütəminetmə hədəfi müəyyənləşdirilib.

ENA.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində bir sıra islahatlar həyata keçirilir: "Dövlət proqramı qarşıya aydın vəzifələr qoyur. Əsas məqsəd hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etməkdir. Bu gün kənd təsərrüfatı istehsalının artırılması əkin sahələrinin genişləndirilməsi hesabına deyil, məhsuldarlığın yüksəldilməsi yolu ilə mümkün ola bilər".

"Bunun ən bariz nümunəsi taxılçılıqdır. Hazırda ölkəmizdə ərzaqlıq buğdaya olan tələbatın təxminən 55 %-i yerli istehsal hesabına ödənilir. Proqram çərçivəsində buğdanın məhsuldarlığının hər hektardan 50 sentnerə çatdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Eyni zamanda, daxili tələbatın 65–70 %-nin yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur. Bu məqsədlə buğda əkini üçün ən böyük torpaq potensialına malik 22 rayon üzrə Aqrar Subsidiya Şurası yeni subsidiya mexanizmləri hazırlayıb. Həmin mexanizmlər yerli buğda istehsalının stimullaşdırılmasında mühüm rol oynaya bilər", - deyə nazir müavini əlavə edib.

Onun sözlərinə görə, pambıqçılıqda da yanaşma eynidir: "Məhsuldarlığın artırılması sahələrin artırılması hesabına deyil, yeni texnologiyaların, yeni suvarma üsullarının tətbiqi ilə mümkün ola bilər. Xüsusi lazer hamarlama, müasir suvarma, damlama suvarma sistemlərinin tətbiqi, inteqrir mübarizə vasitələrindən istifadə pambıqçılıqda əsas hədəflərimizdən biridir".

Mənbə:report.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə