2030-cu ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 82 faizə çata bilər
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard, 2030-cu ildə isə 169,1 milyard manat təşkil edə bilər.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənəddə ortamüddətli dövrdə ÜDM-in orta illik real artımının 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in artımının isə 4,4 faiz olacağı gözlənilir. 2030-cu ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82 faizə yüksələcəyi proqnozlaşdırılıb.
Proqnozlara görə, orta illik inflyasiya 2026-cı ildəki 5,7 faizdən tədricən azalaraq 2030-cu ildə 4,3 faizə enə bilər. Sənəddə manatın ABŞ dollarına qarşı məzənnəsi 2027–2030-cu illər üçün sabit, cari ilin səviyyəsində götürülüb


















