Sosial müdafiə xərclərinin 2030-cu ildə 5,18 milyard manat olacağı proqnozlaşdırılır
Sosial müdafiə xərcləri 2030-cu ilədək 5,2 milyard manata yüksələ bilər
Sosial müdafiə və sosial təminat sektoruna ayrılan xərclərin 2027-ci ildə 4 milyard 479,6 milyon manat, 2030-cu ildə isə 5 milyard 179,6 milyon manat olacağı proqnozlaşdırılır.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Proqnoza görə, müavinət və kompensasiyaların verilməsi üçün hər il 1 milyard 354,9 milyon manat, Prezident təqaüdləri üçün isə 842,3 milyon manat nəzərdə tutulub. Aztəminatlı ailələrin dəstəklənməsi proqramına illik 472,4 milyon manat ayrılması planlaşdırılır.
Dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üzrə məbləğin 2027-ci ildə 1,6 milyard manat, 2030-cu ildə isə 2,3 milyard manat olacağı göstərilir.


















