MALİYYƏ

Azərbaycanın büdcə gəlirləri növbəti illərdə 40 milyard manatı ötəcək

Dövlət büdcəsinin gəlirləri 2030-cu ilədək 40,6 milyard manata çata bilər

2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat olacağı proqnozlaşdırılır. Gəlirlərin 2028-ci ildə 39 milyard 478 milyon, 2029-cu ildə 39 milyard 936,9 milyon, 2030-cu ildə isə 40 milyard 577 milyon manata yüksələcəyi gözlənilir.

ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Proqnoz cədvəlinə əsasən, vergi gəlirləri 2027-ci ildə 22 milyard 786 milyon manat, 2030-cu ildə isə 26 milyard 298 milyon manat təşkil edə bilər. Qeyri-vergi gəlirlərinin isə eyni dövrdə 16 milyard 765 milyon manatdan 14 milyard 467 milyon manata enəcəyi nəzərdə tutulur.

Göstəricilər 2027–2030-cu illər üzrə dövlət büdcəsinin gəlirlərinə dair qanun layihəsində əks olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)