Gündəm

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian İrəvanda görüş keçiriblər.

ENA.az  xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.

Görüş İrəvanda COP17 liderləri sammiti çərçivəsində baş tutub. Ermənistan baş nazirinin aparatı danışıqların təfərrüatlarını açıqlamır.

İran liderinin mətbuat xidməti isə öz növbəsində bildirib ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, bu, Paşinyan və Pezeşkianın son iki həftə ərzində artıq ikinci görüşüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)