Azərbaycanın dövlət borcu ÜDM-in 18,2 faizini təşkil edib
2026-cı il iyulun 1-nə Azərbaycanın daxili və xarici dövlət borcunun ümumi məbləği 23 milyard 830,6 milyon manat ekvivalentində olub. Bu, proqnozlaşdırılan ÜDM-in 18,2 faizinə bərabərdir.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Hesabata əsasən, borcun 7 milyard 848,6 milyon manatı xarici, 15 milyard 982 milyon manatı isə daxili dövlət borcudur. Ümumi borcun 32,9 faizi xarici, 67,1 faizi daxili borcun payına düşür.
İlin əvvəlindən xarici dövlət borcu 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb. Daxili dövlət borcunun məbləği isə 1 milyard 822,5 milyon manat, yəni 10,2 faiz aşağı düşüb.


















