MALİYYƏ

Təhsil xərclərinin 2027-ci il üçün 5,1 milyard manat olması proqnozlaşdırılır

2027-ci ildə təhsil sektoruna 5 milyard 99 milyon manat ayrılması proqnozlaşdırılır. Proqnoza əsasən, bu məbləğ 2030-cu ildə 5 milyard 217,3 milyon manata çatacaq.

ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Vəsaitin ən böyük hissəsi ümumi təhsildə tədrisin keyfiyyətinin, şagird nəticələrinin və idarəetmənin səmərəliliyinin artırılmasına yönəldiləcək. Bu proqram üzrə 2027–2030-cu illərin hər biri üçün 2 milyard 820,8 milyon manat nəzərdə tutulub.

Ali təhsildə keyfiyyət, əlçatanlıq və rəqabətliliyin artırılması proqramına 2027-ci ildə 837,9 milyon manat ayrılması, təhsil sisteminin rəqəmsallaşdırılmasına isə 64,4 milyon manat yönəldilməsi planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)