"Nar" maliyyə göstəricilərini niyə gizlədir?
“Maliyyə göstəricilərinin açıqlanması çaşdırıcı amil ola, insanları yanılda bilər. Onu deyə bilərəm ki, şirkətin investisiyalarının bir hissəsi şəbəkənin inkişafına, digər hissəsi isə əməliyyat xərclərinin ödənilməsinə yönəldilir”.
"BI" xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərin “Nar”ın maliyyə hesabatının açıqlanmamasının səbəbi ilə bağlı sualını cavablandıran şirkətin baş icraçı direktoru Qunnar Panke deyib.
Onun sözlərinə görə, ümumilikdə xərclər bütün operatorlar üçün təxminən eynidir.
“Ötən il “Nar”ın göstərdiyi internet xidmətinə görə, gəlirləri 40% artıb”, - deyə Q.Panke əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 mobil operator var və onlardan yalnız "Azərcell Telekom" MMC hər il maliyyə hesabatını açıqlayır.
“Nar”ın marketinq üzrə direktoru Qəhrəman Kazımov isə bildirib ki, bu ilin II yarısında şirkət mobil əlavəsini abunəçilərin istifadəsinə verəcək.