Azərbaycan əhalisinin gəlirləri 8 % artıb
2025-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 89 milyard 916 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsiının məlumatına görə, bu, 2024-cü illə müqayisədə 8 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 7,6 % artaraq 8 778 manata çatıb.
















