Birja

Dolların geriləməsi qızılın qiymətini yüksəldib (08.10.2026)

Qızılın qiyməti ABŞ dollarının 18 aylıq maksimumdan geri çəkilməsi fonunda iki ayın minimumundan toparlanıb.

ENA.az xəbər verir ki, spot qızılın qiyməti 0,5% artaraq bir unsiya üçün 4 132,66 dollara yüksəlib. Dekabr fyuçersləri isə 0,4% bahalaşaraq 4 157,60 dollar təşkil edib.

Dolların zəifləməsi dollarla qiymətləndirilən qızılı digər valyutalara sahib investorlar üçün ucuzlaşdıraraq qiymətli metala tələbi dəstəkləyib. Qızıl əvvəlki sessiyada güclü dollar və ABŞ Xəzinə istiqrazlarının yüksələn gəlirliliyi fonunda avqustun 5-dən bəri ən aşağı səviyyəyə düşmüşdü.

İnvestorların diqqəti hazırda Federal Ehtiyat Sisteminin (Fed) faiz siyasətinə yönəlib. CME FedWatch məlumatlarına görə, bazar iştirakçıları oktyabrda faiz artımı ehtimalını 18%, dekabrda isə 80% qiymətləndirirlər. Yüksək faiz dərəcələri faiz gəliri gətirməyən qızılın cəlbediciliyini azaldır.

Digər qiymətli metallardan gümüş 0,4%, platin 1,8%, palladium isə 1,6% bahalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)