Sosial iqtisadiyyat

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri salınıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21, 22 və 23 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

ADY-nin məlumatına görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Qazaxdan Ağstafaya isə saat 17:20-də yola düşəcək.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)