Uğur hekayələri

Yüz ölçüb bir biçmək lazımdır

Mən, Samir Xeyirbəyov, 1977-ci ildə Qusar rayonunun Çiləgir kəndində anadan olmuşam. Azərbaycan Ali Hərbi Məktəbini, daxili qoşunların tədris mərkəzini qırmızı diplomla bitirmişəm. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakultəsində təhsil almışam. 2015-ci ildə “İSFA” MMC şirkətini qurdum. Şirkət qurulduğu ilk gündən Azərbaycanın ən böyük “Fermerlərə Xidmət Mərkəzi” olaraq kənd təsərrüfatı sahəsində hər növ xidməti göstərməkdədir. Qar­şı­ma məq­səd qoy­dum

Si­lah­lı Qüv­və­lər­dən eh­tiy­ya­ta ay­rıl­dıq­dan son­ra kənd tə­sər­rü­fa­tı sa­hə­sin­də cid­di boş­luq­lar və ça­tış­maz­lıq­lar mü­şa­hi­də et­dim. Bun­la­ra Azər­bay­ca­na xa­ric­dən gə­ti­ri­lən mey­və ting­lə­rin­də yanlış çe­şid­lə­rin və xəs­tə­li­klə­rin aş­kar­lan­ma­sı, mey­və bağ­la­rı­na qul­luq za­ma­nı tez-tez yol ve­ri­lən səhv­lər və bu sa­hə­də sa­vad­lı kadr ça­tış­maz­lıq­la­rı­nı nü­mu­nə gös­tər­mək olar. Qar­şı­ma məq­səd qoy­dum ki, İs­pa­ni­ya, İta­li­ya və Tür­ki­yə ki­mi öl­kə­lər­də bu sa­hə­də araş­dır­ma­lar apa­rım, bi­lik və prak­ti­ki təc­rü­bə­lə­ri­mi ar­tı­rım. Məq­sə­di­mi re­al­laş­dır­dım və son­ra təc­rü­bə­lə­ri­min nə­ti­cə­si­ni gör­mək və in­ki­şaf et­dir­mək üçün Qu­sar ra­yo­nun­da mey­və ba­ğı sal­dım. Mey­və ba­ğı­nın ya­ra­dıl­ma­sı və ona qul­luq za­ma­nı xü­su­si bir çə­tin­lik diq­qə­ti­mi çək­di. Kənd tə­sər­rü­fa­tı­nın hər sa­hə­si üçün ay­rı-ay­rı ix­ti­sas­laş­mış şir­kət və kadr­la­ra eh­ti­yac du­yul­du­ğu­nu, bu­nun za­man və xərc it­ki­si ol­du­ğu­nu gör­düm. Be­lə­lik­lə, Azər­bay­ca­nın kənd tə­sər­rü­fa­tı­na və fer­mer­lə­ri­nə dəs­tək ver­mək, on­la­rın işi­ni asan­laş­dır­maq üçün “İS­FA” MMC-ni, yə­ni Azər­bay­ca­nın ilk və ən bö­yük “Fer­mer­lə­rə Xid­mət Mər­kə­zi”ni aç­maq qə­ra­rı­na gəl­dim. Bu­ra­da kənd tə­sər­rü­fa­tı­nın hər bir sa­hə­si üçün (mey­və bağ­la­rı, tə­rə­vəz sa­hə­lə­ri və bos­tan­lar, su­var­ma sis­tem­lə­ri, hey­van­dar­lıq və s.) tə­ləb olu­nan bü­tün xid­mət­lər və məh­sul­la­rın sa­tı­şı möv­cud­dur. 

İşi­miz nə­di­r? 
“İS­FA” MMC-nin mis­si­ya­sı müş­tə­ri­lə­rə düz­gün se­çim üçün yar­dım et­mək və on­la­rın müa­sir, key­fiy­yət­li, sağ­lam mey­və bağ­la­rı­na sa­hib ol­ma­la­rı­dır. “Fer­mer­lə­rə Xid­mət Mər­kə­zi” ola­raq aşa­ğı­da­kı xid­mət­lər fer­mer­lə­rə tək­lif edi­lir:

• Bü­tün növ mey­və ting­lə­ri­nin açıq kök­lü və dib­çək­də sa­tı­şı
• İn­ten­siv bağ­la­rın qu­rul­ma­sı
• Bağ­la­ra hər növ aq­ro-tex­ni­ki xid­mət­lə­rin gös­tə­ril­mə­si
• Dam­la­ma-Su­var­ma sis­tem­lə­ri­nin sa­tı­şı və qu­raş­dı­rıl­ma­sı
• Hər növ dər­man və güb­rə­lə­rin sa­tı­şı
• Kənd tə­sər­rü­fa­tı tex­ni­ka­la­rı­nın sa­tı­şı
• Qoz və ba­dam ema­lı tex­ni­ka­la­rı­nın sa­tı­şı
• Əra­zi­lə­rin Land­şaft di­zay­nı
• Bağ və bos­tan alət­lə­ri­nin sa­tı­şı

“İS­FA” MMC-nin Qu­sar və Go­ran­boy ra­yon­la­rın­da “Fer­mer­lə­rə Xid­mət Mər­kə­zi” ki­mi fəa­liy­yət gös­tə­rən sa­tış nöq­tə­lə­ri (ma­ğa­za­la­rı) var. Bu ma­ğa­za­lar­da kənd tə­sər­rü­fa­tın­da tə­ləb olu­nan bü­tün növ güb­rə, dər­man, su­var­ma sis­tem­lə­ri, emal ava­dan­lıq­la­rı və kənd tə­sər­rü­fa­tı tex­ni­ka­la­rı sa­tı­lır. 2024-cü ilin av­qust ayın­da Da­ğıs­ta­nın Dər­bənd şə­hə­rin­də də sa­tış mər­kə­zi (ma­ğa­za­sı) aç­mı­şıq. “İS­FA” MMC Azər­bay­ca­nın 27 ra­yo­nun­da fer­mer­lər üçün müa­sir in­no­va­tiv su­var­ma sis­tem­lə­ri ilə təc­hiz olun­muş in­ten­siv bağ­lar qu­rub. Şir­kə­ti­miz Yev­lax Pi­lot Aq­ro­park­da 40 ha əra­zi­də nar, şaf­ta­lı, nek­ta­rin, ərik, al­ça, gi­la­s və 10 ha əra­zi­də isə müa­sir ting­çi­lik sa­hə­si­nə ma­lik­dir. Qu­sar ra­yo­nun­da isə 26 ha əra­zi­də qoz, gi­las və nek­ta­rin ba­ğı­mız var. Yev­lax Pi­lot Aq­ro­park­da qur­du­ğu­muz ting­çi­lik­də il­də 650–700 min ədəd müa­sir “İn­vit­ro” ca­la­qal­tı­la­rı üzə­rin­də ting ye­tiş­di­ri­rik. Öl­kə­də ilk də­fə ola­raq UCB-1 ca­la­qal­tı­sı üzə­rin­də 20 min ədəd püs­tə tin­gi ye­tiş­dir­mi­şik. To­vuz ra­yo­nun­da “Ma­te­or” püs­tə çe­şi­di­nin ba­ğı­nı qur­mu­şuq. 

Su təc­hi­za­tı­nın qu­rul­ma­sı­nı hə­ya­ta ke­çi­ri­rik
“İS­FA” MMC, Hey­dər Əli­yev Fon­du­nun “Göy­çay ra­yo­nun­da su eh­tiy­yat­la­rı­nın in­teq­ra­si­ya olun­muş müa­sir ida­rə et­mə sis­te­mi­nin tət­bi­qi” la­yi­hə­si­nin ic­ra­sı­nı hə­ya­ta ke­çi­rib. Bu la­yi­hə nə­ti­cə­sin­də il­də 600-700 min kub metr tə­miz su əl­də olu­na­caq Və bu su­dan da­yaq mən­tə­qə­si­nin ət­ra­fın­da yer­lə­şən kənd sa­kin­lə­ri­nin bağ­la­rı­nın su­va­rıl­ma­sı üçün is­ti­fa­də edi­lə­cək. Ha­zır­da “BP” şir­kə­ti­nin ma­liy­yə dəs­tə­yi, RİB-in si­fa­ri­şi ilə Qu­sar ra­yo­nu Ava­ran kən­din­də iç­mə­li su təc­hi­za­tı­nın qu­rul­ma­sı la­yi­hə­si­ni hə­ya­ta ke­çi­ri­rik. Bu la­yi­hə nə­ti­cə­sin­də kənd­də ya­şa­yan 1700 sa­kin tə­miz, iç­mə­li su ilə tə­min olu­na­caq.

Kadr ça­tış­maz­lı­ğı ilə üz­ləş­dim
Biz­ne­si qu­rar­kən bir çox çə­tin­lik­lər­lə, həm­çi­nin sa­vad­lı kadr ça­tış­maz­lı­ğı ilə üz­ləş­dim. Bu­nun üçün Azər­bay­can Döv­lət Aq­rar Uni­ver­si­te­ti ilə 4-cü kurs tə­lə­bə­lə­ri­nin “İS­FA” MMC-də təc­rü­bə proq­ra­mı keç­mə­si üçün Me­mo­ran­dum im­za­la­dıq. Bu­nun­la, sa­vad­lı kadr­la­rın ha­zır­lan­ma­sı­na və on­la­rın iş­lə tə­min olun­ma­sı­na dəs­tək ver­dik. Növ­bə­ti ad­dım ki­mi, öl­kə­yə xa­ric­dən gə­ti­ri­lən ting­lə­rin sağ­la­mlı­ğı və çe­şi­di ilə bağ­lı prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı, ting­lə­rin öl­kə­mi­zin iq­lim və tor­paq şə­rai­ti­nə da­ha ra­hat adap­ta­si­ya­sı üçün yer­li mey­və ting­lə­ri­nin is­teh­sa­lı­na baş­la­dıq. La­bo­ra­to­ri­ya­dan alın­mış ca­la­qal­tı­la­ra ca­laq et­di­yi­miz mey­və çe­şid­lə­ri Azər­bay­can tor­paq­la­rın­da ye­tiş­di­yi üçün bu­ra­nın iq­lim və tor­paq şə­rai­ti­nə əla şə­kil­də uy­ğun­laş­dı və yük­sək nə­ti­cə­lər əl­də et­dik. Ha­zır­da bu mey­və ting­lə­ri­nin is­teh­sa­lı­nı da­ha da ar­tır­maq və ye­ni çe­şid­lə­rin ye­tiş­di­ril­mə­si əsas hə­də­fi­miz­dir. 

Əmə­yi­mi­zin bəh­rə­si­ni gö­rü­rük
Bu gün, ge­ri­yə bax­dıq­da əmək­lə­ri­mi­zin nə­ti­cə ver­di­yi­ni, hə­dəf­lə­ri­mi­zin bir ço­xu­na çat­dı­ğı­mı­zı ra­hat­lıq­la de­yə bi­lə­rik. Nə­ti­cə­lər­lə da­nış­saq: 
“İS­FA” MMC 2020-ci il­də Yev­lax Pi­lot Aq­ro­par­kın ilk re­zi­den­ti ola­raq bu­ra­da həm ting­çi­li­yin ya­ra­dıl­ma­sı, həm də ix­rac yö­nüm­lü key­fiy­yət­li mey­və bağ­la­rı­nın sa­lın­ma­sı üçün ilk haq­qı qa­zan­dı. Da­ha son­ra, 2022-ci il­də kənd tə­sər­rü­fa­tı sa­hə­sin­də cə­nab pre­zi­dent tə­rə­fin­dən im­za­la­nan “Azər­bay­can-Qır­ğı­zıs­tan”  mü­qa­vi­ bay­can­da ye­tiş­dir­di­yi­miz ting­lə­rin Qır­ğı­zıs­ta­na ix­ra­cı üçün Qır­ğı­zıs­tan sa­hib­kar­la­rı ilə mü­qa­vi­lə­lər im­za­la­dıq. Da­ğı­stan Res­pub­li­ka­sın­da 55 ha əra­zi­də müa­sir dam­la­ma-su­var­ma sis­te­mi ilə təc­hiz edil­miş in­ten­siv bağ sal­dıq. Öz­bə­kis­tan Res­pub­li­ka­sın­da yüz hek­tar­lar­la pam­bıq sa­hə­sin­də müa­sir dam­la­ma – su­var­ma sis­tem­lə­ri­ni is­ti­fa­də­yə ver­dik. Bu­nun­la ya­na­şı, “İS­FA” MMC 2023-cü il­də gös­tər­di­yi səy­lər və xid­mət­lər nə­ti­cə­sin­də «Num­ber One Awards», «Gold Star Azer­bai­jan», «Al­tın Pal­mi­ye» və “Qı­zıl Əl­lər Mil­li Mü­ka­fa­tı” mü­ka­fat­la­rı ilə təl­tif olu­nub. 
Tə­bii ki, bun­dan son­ra da Azər­bay­can kənd tə­sər­rü­fa­tı­na və fer­mer­lə­ri­nə dəs­tək ol­maq üçün əli­miz­dən gə­lə­ni edə­cək, da­ha bö­yük hə­dəf­lə­rə na­il ol­maq üçün ça­lı­şa­ca­ğıq. 

Açıq və də­qiq hə­dəf qoy­maq la­zım­dır
Son ola­raq oxu­cu­la­ra və gənc­lə­ri­mi­zə töv­siy­yə­lə­rim­dən da­nış­maq is­tə­yər­dim. İl­kin nö­v­bə­də onu nə­zə­rə al­maq la­zım­dır ki, is­tə­ni­lən işin ic­ra­sı üçün açıq və də­qiq hə­dəf qoy­maq la­zım­dır. Hə­dəf­siz işin nə­ti­cə­si də, nəa­liy­yə­ti də yox­dur. İkin­ci­si, ata­la­rı­mı­zın de­di­yi ki­mi “Yüz öl­çüb bir biç­mək la­zım­dır”.  Hər za­man bir işin ən önəm­li his­sə­si onun plan­laş­dı­rıl­ma­sı, bü­tün mə­qam­la­rın nə­zə­rə alı­nıb he­sab­lan­ma­sı­dır. An­caq bun­dan son­ra hə­rə­kə­tə keç­mək, irə­li­yə doğ­ru ad­dım­la­maq olar. İşin ge­di­şa­tın­da isə nə­za­rət ami­li önə çı­xır. Hər za­man işin ne­cə irə­li­lə­di­yi­nə nə­za­rət et­mək, plan­la­rın doğ­ru ic­ra olun­du­ğu­na əmin ol­maq la­zım­dır. Onu da nə­zə­rə al­maq la­zım­dır ki, is­tə­ni­lən ge­di­şat­da qar­şı­mı­za çə­tin­lik­lər, ma­neə­lər çı­xa bi­lər. Və bu çə­tin­lik­lə­rə bax­ma­ya­raq hə­də­fi­mi­zə doğ­ru irə­li­lə­mə­li­yik. Heç bir za­man çə­tin­lik­lər­dən qor­xub ge­ri çə­kil­mək ol­maz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department