Rusiyadan Azərbaycana avia biletlər bahalaşıb - CƏDVƏL

Rusiyadan Azərbaycana biletlər bahalaşıb. Yay mövsümündə biletlərin bahalaşması turist gəlişinə təsir göstərəcəkmi, bunu mövsümün nəticələrindən görə biləcəyik.
"Kommersant” saytı bu ölkədən ən məşhur istiqamətlər üzrə biletlərin qiymətini dərc edib. ENA.az xəbər verir ki, Rusiyadan Azərbaycana biletin orta qiyməti 37 min rubl (793 AZN) təşkil edir. Bu o deməkdir ki, biletin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 16% bahalaşıb. Bahalaşma səviyyəsinə görə Azərbaycan, yalnız bletləri 32 faiz qaldıran Qırğızıstandan geri qalır. Bununla belə, Qırğızıstana biletin orta qiyməti 722 AZN təşkil edir.
Azərbaycana olan biletin qiyməti isə Türkiyəyə yaxındır. Rusiyadan Türkiyəyə bilet 867.57 min manatdır və bu, ötən illə müqayisədə 3 faiz ucuzlaşıb.