Uğur hekayələri

Stİv Cobs öz şİrkətİnİ qarajında qurdu, mənsə evİmİn eyvanında…

Növ­bə­ti uğur­lu biz­nes he­ka­yə­si­nin qəh­rə­ma­nı Azər­bay­can­da və bey­nəl­xalq müs­tə­vi­də uğur­lu biz­nes­lə­rin qu­ru­cu­su, Şi­ma­li Ame­ri­ka uni­ver­si­tet­lə­ri­nin biz­nes və ida­rə­et­mə sa­hə­lə­ri üz­rə pro­fes­so­ru, keç­miş dip­lo­mat, bey­nəl­xalq mü­na­si­bət­lər üz­rə elm­lər dok­to­ru, in­ves­tor və nü­fuz­lu iş ada­mı İs­ma­yıl Ələk­bə­rov­dur. O, ASK-nın Rə­ya­sət He­yə­ti­nin üz­vü­dür. İs­ma­yıl Ələk­bə­rov ne­cə uğur qa­zan­dı­ğı­nı, həm də ide­ya­la­rı­nın ne­cə do­ğul­du­ğu­nu, öl­kə­miz­də və xa­ric­də biz­nes sa­hə­sin­də əl­də et­di­yi nai­liy­yət­lə­ri, məq­səd­lə­ri­nə çat­maq yo­lun­da qar­şı­laş­dı­ğı çə­tin­lik­lə­ri və gə­lə­cə­yə ba­xış­la­rı­nı bi­zim­lə bö­lü­şə­cək.  

Hər şey 15 ya­şım­da baş­la­dı…
Bö­yü­yüb bo­ya-ba­şa çat­dı­ğım Ba­kı­nın mər­kə­zi kü­çə­lə­rin­də is­ti­fa­də­siz bir qə­zet köş­kü­nü ica­rə­yə gö­tü­rə­rək, pə­ra­kən­də ti­ca­rət biz­ne­si­ni qur­dum. Ya­şıd­la­rı­mın şi­rin yu­xu­da ol­duq­la­rı za­man, hər gün sə­hər ala-qa­ran­lıq­da oya­nıb köş­kü­mə ge­dər, işə gö­tür­dü­yüm sa­tı­cı­ya tə­li­mat­la­rı­mı ve­rər, gü­nor­ta uni­ver­si­tet­dən ye­nə köş­kü­mə qa­yı­dar­dım.  Ba­kı şə­hə­rin­də ya­rar­sız qə­zet köşk­lə­ri­ni gün­də­lik tə­lə­bat mal­la­rı­nın sa­tı­şı üz­rə gə­lir­li pə­ra­kən­də biz­nes ob­yek­ti­nə çe­vi­rən ilk sa­hib­kar ol­du­ğu­mun fər­qin­də de­yil­dim.  Bu, bir çox in­san­la­rın çö­rək­lə im­ta­ha­na çə­kil­di­yi, küt­lə­vi ac­lıq və sə­fa­lə­tin hökm sür­dü­yü, So­vet üsul-ida­rə­si­nin sü­qut et­di­yi, ba­zar iq­ti­sa­diy­ya­tı­na ke­çid döv­rü olan 1992-1993-cü il­lər idi. Özüm də fər­qi­nə var­ma­dan sa­hib­kar­lıq də­ni­zin­də öz ki­çik qa­yı­ğım ilə avar çək­mə­yə baş­la­mış­dım və gə­lə­cək­də mə­ni han­sı fır­tı­na­la­rın və qa­sır­ğa­la­rın qoy­nu­na ala­ca­ğın­dan bi­xə­bər idim…

İlk biz­nes if­la­sı…
Fər­di sa­hib­kar­lıq fəa­liy­yə­tim ge­niş­lə­nir­di, pay­tax­tın mər­kə­zi kü­çə­lə­rin­də ica­rə­yə gö­tür­dü­yüm köşk­lə­rin sa­yı­nı ar­tı­rır­dım və hər gün bö­yük məb­ləğ­lər­də döv­riy­yə­lə­rim olur­du. O za­man nə ma­liy­yə bi­lik­lə­rim var­dı, nə də mü­ha­si­bat təc­rü­bəm. Bu, o za­man­lar idi ki, mən hə­lə qiy­mə­tin equi­lib­ri­um nöq­tə­si­nin sər­bəst ba­zar­da­kı qiy­mət-miq­dar qra­fi­ki üzə­rin­də tə­ləb-tək­lif əy­ri­lə­ri­nin kə­siş­di­yi nöq­tə ol­du­ğu­nu bil­mir­dim və özüm də bil­mə­dən, iq­ti­sa­diy­ya­tın tə­ləb-tək­lif qa­nun­la­rı­nın axa­rın­ca ge­dir­dim.  Ax­şam­lar şal­va­rı­mın, gö­dək­cə­min cib­lə­ri nağd pul­la do­lu evə gə­lir­dim və bu ha­lı va­li­deyn­lə­rim bir­mə­na­lı qar­şı­la­mır­dı. Atam So­vet ada­mı idi, ti­ca­rət sa­hə­sin­də ça­lı­şan­la­rı sev­məz­di və mə­ni də hər də­fə dan­la­yır­dı ki, köşk­lə­ri­min işi­nə son qo­yub yal­nız dərs­lə­ri­mə fo­kus­la­nım.  
La­kin bir müd­dət­dən son­ra bü­tün qa­zan­dıq­la­rı­mı itir­dim və xey­li borc­lan­dım. Top­dan­çı­lar­dan bö­yük həcm­də qi­da məh­sul­la­rı­nı nis­yə ala­raq, qon­şu Gür­cüs­ta­na ix­rac edir­dim və də­lə­duz­la­ra rast gəl­dim, heç bir ödə­niş ala bil­mə­dim. Bu, mə­nim hə­ya­tım­da ilk müf­lis­ləş­məm idi və bu uğur­suz­luq­dan bö­yük dərs­lər al­mış­dım.

18 ay­lıq yu­xu­suz­luq təc­rü­bə­si…
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Əs­rin Mü­qa­vi­lə­si çər­çi­və­sin­də iri-miq­yas­lı neft-qaz əmə­liy­yat­la­rı baş­la­mış­dı və 1995-ci ilin pa­yı­zın­da uni­ver­si­te­tin 3-cü kurs tə­lə­bə­si idim, BP şir­kə­ti­nə ge­cə növ­bə­sin­də işə dü­zəl­dim.  Hər gün ax­şam 8-də növ­bə işi­mə baş­la­yır, sə­hər 8-ə qə­dər 12 sa­at da­yan­ma­dan iş­lə­yir­dim, sə­hər 9-da dərs­lə­ri­mə qa­tı­lır­dım. Bu dövr hə­ya­tım­da dö­nüş nöq­tə­si ol­du, çün­ki 18 ay ər­zin­də ge­cə yu­xu­su­na həs­rət qal­mış­dım, gün­düz­lər isə ən yax­şı hal­da 3-4 sa­at yu­xu ala bi­lir­dim. Yu­xu­suz ge­cə­lə­ri­min nə­ti­cə­si ola­raq, uni­ver­si­te­ti bi­tir­dik­dən son­ra BP şir­kə­tin­də tam ştat­lı işə dü­zəl­dim. Ümu­mi­lik­də 12 il bu şir­kət­də ça­lış­mı­şam, qa­zan­dı­ğım bir sı­ra pe­şə­kar sə­riş­tə və ba­ca­rıq­la­ra gö­rə öm­rüm bo­yu BP şir­kə­ti­nə min­nət­da­ram.

İlk mil­yo­nu­mu ar­tıq 27 ya­şın­da qa­zan­dım…
İş hə­ya­tım­da sü­rək­li ad­dım­la­yır­dım və an­la­yır­dım ki, da­ya­nıq­lı uğu­run aça­rı yal­nız təh­sil­də­dir.  Çox xoş­bəx­təm ki, er­kən yaş­la­rım­dan biz­nes hə­ya­tı­na qa­tıl­ma­ğı­ma bax­ma­ya­raq, nə qə­dər çə­tin ol­sa da, heç za­man təh­si­li­mi gü­zəş­tə get­mə­dim. Ge­cə­lər gö­zü­mü qırp­ma­dan iş­lə­dim, gün­düz­lər isə təh­sil al­dım. Ən əsa­sı, bu cür hə­yat tər­zi mə­nə zövq ve­rir­di. Uni­ver­si­te­tin ba­ka­lavr və ma­gistr pil­lə­lə­ri­ni fərq­lən­mə ilə bi­tir­dim. BP-də iş­lə­di­yim dövr­də İn­gil­tə­rə­nin Tə­da­rük və Təc­hi­zat İns­ti­tu­tun­da (Char­te­red İns­ti­tu­te of Purc­ha­sing & Supply) təc­hi­zat zən­ci­ri­nin ida­rə edil­mə­si üz­rə ma­gistr (MBA) təh­si­li al­dım.  İn­gil­tə­rə­də biz­nes ida­rə­et­mə­si təh­si­li­mi alıb ge­ri dön­düm, öl­kə­miz­də biz­nes sa­hə­lə­rin­də nə qə­dər boş­luq­la­rın ol­du­ğu­nu əya­ni su­rət­də gö­rür­düm.  23-24 yaş­la­rım­da öl­kə­miz­də müx­tə­lif sa­hə­lər­də biz­nes­lər tə­sis et­mə­yə baş­la­dım.  
2004-cü il­də qur­du­ğum “Cas­pi­an Lo­gis­tics Gro­up” MMC lo­gis­ti­ka sa­hə­sin­də uğur­lar qa­zan­ma­ğa baş­la­dı. Mən yax­şı an­la­yır­dım ki, lo­gis­ti­ka və da­şı­ma­çı­lıq sa­hə­sin­də rə­qa­bət­li ba­za­ra da­xil olu­ruq və bu is­ti­qa­mət­də üç mü­hüm mə­sə­lə­ni həll et­mə­li idim. Bi­rin­ci­si, mad­di-tex­ni­ki ba­za­nın ya­ra­dıl­ma­sı, ikin­ci­si isə la­yi­hə mü­qa­vi­lə­lə­ri­nin əl­də edil­mə­si, üçün­cü­sü, bu sa­hə­də pe­şə­kar ko­man­da­nın ye­tiş­di­ril­mə­si. Qar­şım­da bö­yük risk­lər də var­dı. Çün­ki, bu işin yük­sək sə­viy­yə­də təş­ki­li üçün bö­yük ma­liy­yə və­sa­it­lə­ri­nə eh­ti­yac var­dı və mə­nim öz və­sa­it­lə­rim bu­na çat­mır­dı. Bu, mə­nim biz­nes hə­ya­tım­da ilk iri-həcm­li risk­lə­rim idi. Ya­şa­dı­ğım evi­mi, ata­mın və ya­xın­la­rı­mın ev­lə­ri­ni gi­rov qo­ya­raq, bank kre­dit­lə­ri he­sa­bı­na Al­ma­ni­ya və Hol­lan­di­ya­dan TIR yük­da­şı­ma av­to­mo­bil­lə­ri­ni və xü­su­si nəq­liy­yat tan­ker­lə­ri­ni təc­hiz edə bil­dik, şir­kə­ti­mi­zin mü­kəm­məl TIR par­kı­nı ya­rat­dıq. CLG-ni qı­sa za­man ər­zin­də öl­kə­mi­zin ta­nın­mış lo­gis­ti­ka şir­kə­ti­nə trans­for­ma­si­ya edə bil­dik.  Şir­kə­ti­miz öl­kə-da­xi­li da­şı­ma­lar ilə ya­na­şı, Azər­bay­can ta­ri­xin­də ra­di­ok­tiv məh­sul­la­rın da­şın­ma­sı­nı hə­ya­ta ke­çi­rən ilk mil­li şir­kət­lər­dən bi­ri idi. 

Bu min­val­la, 27 ya­şım­dan baş­la­ya­raq, ilk mil­yo­nu­mu ar­tıq qa­zan­mış­dım. Mən bu iş­lə­rin hər bi­ri­nə içim­də bö­yük yan­ğı hiss­lə­ri ilə baş­la­yır­dım.  Bu biz­nes­lər sa­yə­sin­də si­fa­riş­çi­lə­ri­mi­zin məm­nun edil­mə­si əsas məq­sə­di­miz idi.  Siz­cə bu qə­dər fərq­li sek­tor­lar­da­kı biz­nes­lə­ri ida­rə et­mək asan idi­­mi­­? Əl­bət­tə xeyr.  La­kin mə­nim­lə ey­ni viz­yo­na sa­hib­lə­nən gənc ko­man­da­la­rı­mı­zın fə­da­kar əmə­yi sa­yə­sin­də biz aşıl­maz dağ­la­rı da fəth edə bi­lir­dik. 

Fərq­li sek­tor­lar… bu də­fə me­bel is­teh­sa­lı mü­əs­si­sə­si­ni qur­dum…
2006-cı il­də me­bel is­teh­sa­lı sa­hə­si­nə baş­la­dım, “NAS” Fur­ni­tu­re me­bel is­teh­sa­lı mü­əs­si­sə­si­ni bir or­ta­ğım­la bir­lik­də tə­sis et­dim, Bi­nə­qə­di ra­yo­nu­nun Bak­sol ad­lan­dı­rı­lan əra­zi­sin­də 2 min m2 qa­pa­lı əra­zi­də yer­lə­şən is­teh­sal sa­hə­mi­zi qur­duq. Tür­ki­yə­dən, Al­ma­ni­ya­dan la­zı­mi ava­dan­lıq­lar, dəz­gah­lar si­fa­riş edib fab­ri­ki­miz­də qu­raş­dır­dıq. Hə­min il­lər­də həm­tə­sis­çi­si ol­du­ğum bu me­bel biz­ne­si bir çox uğur­lu la­yi­hə­lə­rə im­za at­mış­dı, öl­kə­miz­də in­şa edi­lən bir sı­ra mü­əs­si­sə­lərin, bank­ların, xəs­tə­xa­na­la­rın, ofis­lə­rin me­bel­lər­lə təc­hi­za­tı­nı tə­min edir­dik.

Biz­nes­dən dip­lo­ma­ti­ya­ya ke­çid və bey­nəl­xalq təc­rü­bə…
2007-ci il­dən eti­ba­rən Xa­ri­ci İş­lər Na­zir­li­yin­də iş­lə­mə­yə baş­la­mış­dım və bir müd­dət son­ra iki­tə­rəf­li iq­ti­sa­di əmək­daş­lıq şö­bə­si­nin mü­di­ri və­zi­fə­sin­də ça­lı­şır­dım. Dip­lo­ma­tik xid­mət­də ça­lış­dı­ğım dövr­lər­də qa­zan­dı­ğım təc­rü­bə pe­şə­kar bi­lik və ba­ca­rıq­la­rı­mın in­ki­şaf et­di­ril­mə­si ba­xı­mın­dan əvəz­siz idi.  Azər­bay­ca­nın dün­ya öl­kə­lə­ri ilə iki­tə­rəf­li iq­ti­sa­di mü­na­si­bət­lə­ri­ni əla­qə­lən­dir­mə­si işin­də kor­po­ra­tiv biz­nes və ida­rə­et­mə sa­hə­sin­də­ki bi­lik və ba­ca­rıq­la­rım mə­nə kö­mək edir­di.  İki­tə­rəf­li və çox­tə­rəf­li for­mat­lar­da bir sı­ra xa­ri­ci sə­fər­lər­də olur­dum. 

2009-cu il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Ce­nev­rə­də BMT və Bey­nəl­xalq Təş­ki­lat­lar ya­nın­da Dai­mi Nü­ma­yən­də­li­yi­nə ezam edil­dim. Öl­kə­mi­zin Ümum­dün­ya Ti­ca­rət Təş­ki­la­tı, Ümum­dün­ya Sə­hiy­yə Təş­ki­la­tı, Bey­nəl­xalq Te­le­kom­mu­ni­ka­si­ya İt­ti­fa­qı, Da­vos İq­ti­sa­di Fo­ru­mu və di­gər bey­nəl­xalq təş­ki­lat­lar ilə çox­tə­rəf­li dip­lo­ma­tik mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si is­ti­qa­mə­tin­də var qüv­vəm­lə ça­lı­şır­dım. 2010-cu il­də Ce­nev­rə­də BMT-nin Av­ro­pa İq­ti­sa­di Ko­mis­si­ya­sı­nın Ti­ca­rət Ko­mi­tə­si­nin sədr müa­vi­ni se­çil­dim, se­vin­ci­min həd­di-hü­du­du yox idi.

Dip­lo­ma­tik xid­mət­də ça­lış­dı­ğım dö­nəm­də bir çox dip­lo­ma­tik da­nı­şıq­lar­da iş­ti­rak edir­dim. Mə­nim üçün ən şə­rəf­li mə­sə­lə­lər­dən bi­ri də, Azər­bay­can dip­lo­ma­tı ola­raq, Er­mə­nis­tan nü­ma­yən­də­lə­ri ilə bir sı­ra çox­tə­rəf­li for­mat­lar­da da­nı­şıq­lar­da iş­ti­rak et­mə­yim idi. BMT-nin Av­ro­pa İq­ti­sa­di Ko­mis­si­ya­sı çər­çi­və­sin­də Ce­nev­rə­də, Qa­ra Də­niz İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı çər­çi­və­sin­də İrə­van­da, Av­ro­pa İt­ti­fa­qı çər­çi­və­sin­də Brüs­sel­də ke­çi­ri­lən top­lan­tı­lar­da Er­mə­nis­tan­dan olan tə­rəf mü­qa­bil­lə­rim­lə apar­dı­ğım uğur­lu da­nı­şıq­la­rı, əl­də et­di­yi­miz dip­lo­ma­tik nai­liy­yət­lə­ri bu gün də xoş duy­ğu­lar­la xa­tır­la­yı­ram. 

Stiv Cobs öz şir­kə­ti­ni qa­ra­jın­da qur­du, mən­sə evi­min bal­ko­nun­da…
Dip­lo­ma­tik xid­mə­ti­mi ba­şa vur­duq­dan son­ra ye­ni­dən biz­nes hə­ya­tı­na qa­yıt­dım və bu də­fə özü­mü İT və müa­sir tex­no­lo­gi­ya­lar sa­hə­sin­də sı­na­maq qə­ra­rı­na gəl­dim. Dip­lo­ma­tik xid­mə­ti tərk et­mə­yi­mə əsas sə­bəb o idi ki, öl­kə­miz­də İT sa­hə­sin­də boş­luq­la­rı əya­ni ola­raq gö­rür­düm və bu is­ti­qa­mət­də öl­kə­mi­zə fay­da ver­mək is­tə­yir­dim. Hət­ta elə olur­du ki, ge­cə­lər sə­hə­rə­cən gö­zü­mə yu­xu get­mir­di, bey­nim­də təs­vir et­di­yim in­no­va­tiv həl­lə­ri re­al­laş­dır­maq yan­ğı­sı ilə ya­şa­yır­dım. Proq­ram­laş­dır­ma üz­rə tex­ni­ki bi­lik­lə­ri­min ol­ma­ma­sı sə­bə­bin­dən ət­ra­fım­da­kı bü­tün in­san­lar mə­ni in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­sin­dən da­şın­dır­ma­ğa ça­lış­sa­lar da, mən ina­dım­dan dön­mə­dim. 

Və nə­ha­yət, 2013-cü il­də “Neu­ron Tech­no­lo­gi­es” MMC-ni tə­sis et­dim. Et­mə­səy­dim, öm­rüm bo­yu özü­mü qı­na­ya­caq­dım. O za­man hə­lə ofi­si­miz yox idi, evi­mi­zin bal­ko­nun­da ki­çik bir ma­sa yer­ləş­dir­dim, bir ne­çə gənc proq­ram­çı­nı də­vət et­dim, bu ma­sa ət­ra­fı­na yı­ğa­raq mü­rək­kəb bir yo­la baş­la­dıq. Çox­la­rı­nın skep­tik ya­naş­ma­sı­na bax­ma­ya­raq, “Neu­ron Tech­no­lo­gi­es” MMC-ni cə­mi 5 il ər­zin­də Azər­bay­ca­nın ən qa­baq­cıl İT şir­kət­lə­rin­dən bi­ri­nə çe­vir­dim. Bu iş­də mə­nim­lə bə­ra­bər fə­da­kar­ca­sı­na ça­lı­şan ko­man­da­mı­zın müs­təs­na ro­lu var­dı. Biz o za­man öl­kə­miz­də bir sı­ra iri-həcm­li in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı la­yi­hə­lə­ri­ni ta­mam­la­dıq, döv­lət əhə­miy­yət­li proq­ram tə­mi­na­tı həl­lə­ri­ni iş­lə­yib-ha­zır­la­dıq və uğur­la tət­biq et­dik. Azər­bay­can Təh­sil İn­for­ma­si­ya Sis­te­mi, Elekt­ron Kənd Tə­sər­rü­fa­tı sis­tem­lə­ri, bir sı­ra ERP həl­lər, ali təh­sil mü­əs­si­sə­lə­ri­nin bir ço­xu­nun bu gün də is­ti­fa­də et­di­yi in­te­rak­tiv təd­ris ida­rə­et­mə sis­tem­lə­ri də da­xil ol­maq­la, çox­lu say­da in­for­ma­si­ya ida­rə­et­mə sis­tem­lə­ri­ni ha­zır­la­dıq və tət­biq et­dik.  

Mən bu gün özü­mü çox xoş­bəxt hiss edi­rəm ki, Azər­bay­can ta­ri­xin­də az­say­lı şir­kət­lər­dən bi­ri ola­raq, “Neu­ron Tech­no­lo­gi­es” MMC-də çalışan  mil­li mü­tə­xəs­sis­lə­ri­miz tə­rə­fin­dən ha­zır­la­nan bir sı­ra in­tel­lek­tu­al məh­sul­lar, proq­ram həl­lə­ri ötən 10 il ər­zin­də Azər­bay­can­da tət­biq edil­mək­lə ya­na­şı, həm­çi­nin xa­ri­ci öl­kə­lə­rə də ix­rac edil­di. 

20 il əv­vəl qur­du­ğum şir­kət bu gün li­der­lər­dən bi­ri­dir
Rəh­bər­lik et­di­yim AZESS­CO şir­kə­ti­ni 2006-cı il­də tə­sis et­mi­şəm, şir­kət o za­man­lar ti­kin­ti-təc­hi­zat, ke­te­rinq, kon­sal­tinq xid­mət­lə­ri ilə məş­ğul idi. İn­di isə öl­kə­miz­də in­şa­at, ti­kin­ti-tə­mir iş­lə­ri ilə məş­ğul olur. Şir­kə­ti­miz ötən müd­dət ər­zin­də “Sea Bree­ze Re­sort” komp­lek­sin­də bir sı­ra uğur­lu ti­kin­ti-in­şa­at la­yi­hə­lə­ri­nə im­za atıb.  “Park Re­zi­dens 2” ya­şa­yış komp­lek­si, “Skyli­ne” pre­mi­um otel və ya­şa­yış bi­na­la­rı komp­leks­lə­ri­nin ər­sə­yə gəl­mə­sin­də rəh­bər­lik et­di­yim "AZESS­CO"nun müs­təs­na ro­lu olub. Şir­kə­ti­miz ötən müd­dət ər­zin­də həm­çi­nin bir sı­ra fər­di vil­la­la­rın, ya­şa­yış komp­leks­lə­ri­nin ti­kin­ti­si və əsas­lı tə­mir iş­lə­ri­ni uğur­la ye­ri­nə ye­ti­rib. 

Ha­zır­da Ba­kı Bul­va­rı­nın mir­va­ri­si olan PAS­HA Re­al Es­ta­te Cres­cent (Ay­pa­ra) la­yi­hə­si çər­çi­və­sin­də hör­gü və də­mir be­ton-kə­mər iş­lə­ri üz­rə CBS Const­ruc­ti­on MMC-nin pod­rat­çı­sı qis­min­də iş­lə­ri­mi­zi da­vam et­di­ri­rik. 

Şir­kə­ti­mi­zin əsas hə­dəf­lə­rin­dən bi­ri iş­ğal­dan azad edil­miş re­gi­on­la­rı­mız­da ti­kin­ti-in­şa­at, qu­ru­cu­luq və abad­lıq iş­lə­rin­də öl­kə­mi­zə öz töh­fə­si­ni ver­mək­dir.  Bu is­ti­qa­mət­də fəa­liy­yə­ti­mi­zi da­vam et­di­ri­rik və ya­xın za­man­da Qa­ra­bağ İq­ti­sa­di Zo­na­sın­da bir sı­ra ti­kin­ti-in­şa­at iş­lə­ri­nə start ver­mə­yi plan­laş­dır­mı­şıq.

Şir­kə­ti­mi­zi fərq­lən­di­rən əsas cə­hət­lər­dən bi­ri də bi­zim ener­ji­yə qə­na­ət edən və eko­lo­ji tə­miz ti­kin­ti ma­te­ri­al­la­rı­na üs­tün­lük ver­mə­yi­miz­dir. Da­ya­nıq­lı biz­nes və ya­şıl iq­ti­sa­diy­ya­tın ti­kin­ti-in­şa­at­da is­ti­fa­də­si üz­rə Ka­na­da­da qa­zan­dı­ğım təc­rü­bə­lə­rin Azər­bay­can­da tət­bi­qi üzə­rin­də ça­lı­şı­ram və bu is­ti­qa­mət­də gə­lə­cək­də bir sı­ra in­no­va­tiv la­yi­hə­lə­ri hə­ya­ta ke­çir­mə­yi nə­zər­də tut­mu­şuq.

Ka­na­da­da uğur­lu biz­nes­lər qu­ran Azər­bay­can­lı sa­hib­kar…
Ne­çə il­lər idi ki, Ka­na­da­nın To­ron­to şə­hə­rin­də ya­şa­yır­dım və tə­sis et­di­yim “Neu­ron Gro­up Ka­na­da İnc.” İT şir­kə­ti in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­sin­də in­no­va­tiv proq­ram tə­mi­na­tı həl­lə­ri­nin ha­zır­lan­ma­sı və İT xid­mət­lə­rin tə­min edil­mə­si ilə məş­ğul olur­du. 2019-cu il­də pan­de­mi­ya Ka­na­da da tüğ­yan edir­di və ha­mı ki­mi mən də ev­dən iş­lə­yir­dim. İn­san­la­rın küt­lə­vi izol­ya­si­ya şə­rai­tin­də rast­laş­dı­ğı çə­tin­lik­lər­dən bi­ri də res­to­ran­la­rın əl­ça­tan ol­ma­ma­sı idi. Ka­na­da­da ya­şa­yan azər­bay­can­lı dos­tum­la bir­gə bir ge­cə­ni sə­hə­rə­cən yat­ma­dıq, mo­bil res­to­ran kon­sep­si­ya­sı­nı bir­gə iş­lə­yib ha­zır­la­dıq və er­tə­si gün “Tas­to İnc” ad­lı Ka­na­da şir­kə­ti­mi­zi tə­sis et­dik.  ABŞ-dan gə­tir­di­yi­miz “UPS” yük av­to­mo­bil­lə­ri­ni “re-en­gi­ne­er” et­di­rə­rək mo­bil res­to­ran­la­ra çe­vir­dik və “TAS­TO” bren­di al­tın­da mo­bil res­to­ran xid­mə­ti­nə start ver­dik. Qur­du­ğu­muz bu ye­ni biz­nes mo­de­li qı­sa müd­dət ər­zin­də Ka­na­da­nın bu sa­hə­də ən məş­hur brend­lə­rin­dən bi­ri­nə çe­vi­rə bil­dik. Bi­zim dai­mi və se­vim­li müş­tə­ri­lə­ri­miz ara­sın­da To­ron­to şə­hə­ri­nin me­ri Con To­ri ki­mi bir çox ta­nın­mış məş­hur­lar da var idi.  Bu biz­ne­sin uğu­ru­nu şərt­lən­di­rən əsas amil bi­zim xə­yal­la­rı­mı­zı ger­çək­ləş­dir­mək yo­lun­da əzm­kar­ca­sın­da ge­cə-gün­düz bil­mə­dən ça­lış­ma­ğı­mız ol­du.

ABŞ və Ka­na­da ki­mi öl­kə­lə­ri əbəs ye­rə für­sət­lər di­ya­rı ad­lan­dır­mır­lar, çün­ki bu öl­kə­lər­də bö­yük ba­zar və hü­dud­suz  biz­nes im­kan­la­rı möv­cud­dur.  Ka­na­da­da tə­sis et­di­yim şir­kət­lə­ri­min in­ki­şa­fı ilə in­ten­siv su­rət­də məş­ğul olur­dum, iş­lə­rim əla ge­dir­di, döv­lət büd­cə­si­nə ödə­di­yim ver­gi­lər il­dən-ilə ar­tır­dı və hər il da­ha çox ver­gi ödə­mə­yi hə­dəf qo­yur­dum. Çün­ki gö­zəl bi­lir­dim ki, nə qə­dər çox ver­gi ödə­səm, biz­ne­si­min mən­fəə­ti bir o qə­dər çox ola­caq. Yə­ni, ri­ya­zi dil­lə de­sək, ver­gi ödə­niş­lə­ri ilə mən­fə­ət düz mü­tə­na­sib­dir. 

Bir ital­yan əsil­li, ka­na­da­lı dos­tum var, Da­ni­el Pi­ril­lo. On­ta­rio əya­lə­tin­də sı­ğor­ta bro­ker­li­yi ilə məş­ğul olan şir­kə­tin sa­hi­bi­dir, rəs­mən Ka­na­da mil­yon­çu­su­dur. Bir gün onun tə­ki­di ilə əv­vəl­lər heç za­man məş­ğul ol­ma­dı­ğım sı­ğor­ta sa­hə­sin­də də özü­mü sı­na­ma­ğa qə­rar ver­dim, bir il ər­zin­də in­ten­siv ça­lı­şa­raq, 4 əya­lət və 4 döv­lət im­ta­han­la­rın­dan mü­vəf­fə­qiy­yət­lə keç­dim, Ka­na­da­nın On­ta­rio əya­lə­tin­də hə­yat sı­ğor­ta­sı bro­ke­ri və ma­liy­yə məs­lə­hət­çi­si xid­mət­lə­ri­mi təq­dim et­mə­yə baş­la­dım. Yə­ni, bir sa­hib­kar nə qə­dər öz kom­fort zo­na­sın­dan çıx­ma­ğı ba­ca­rır­sa, bir o qə­dər də ye­ni uğur ta­rix­çə­si ya­za bi­lər. Bu, mə­nim şəx­si biz­nes təc­rü­bəm­də sı­naq­dan ke­çir­di­yim mü­hüm amil­lər­dən bi­ri­dir.
 

Biz­nes və sa­hib­kar­lıq­dan şi­ma­li ame­ri­ka­lı­la­ra dərs de­yən Azər­bay­can­lı biz­nes­men…
Son­ra bey­nəl­xalq sə­viy­yə­də aka­de­mik fəa­liy­yət­lə də məş­ğul ol­maq qə­ra­rı­na gəl­dim. Ka­na­da­nın bir sı­ra dün­ya­ca məş­hur uni­ver­si­tet­lə­ri­nin, o cüm­lə­dən To­ron­to Uni­ver­si­te­ti­nin To­ron­to Biz­nes Mək­tə­bi, Fle­minq Kol­le­ci, Han­son Kol­le­ci ki­mi nü­fuz­lu ali təh­sil ocaq­la­rı­nın pro­fes­so­ru qis­min­də ame­ri­ka­lı­la­ra, ka­na­da­lı­la­ra və dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­dən olan bey­nəl­xalq tə­lə­bə­lə­rə dərs de­dim.  Biz­nes, İda­rə­et­mə, La­yi­hə İda­rə­et­mə­si, Təc­hi­zat Zən­ci­ri­nin İda­rə edil­mə­si, Lo­gis­ti­ka, Mik­ro­iq­ti­sa­diy­yat, Biz­nes Kom­mu­ni­ka­si­ya­la­rı, Li­der­lik, Da­ta Ana­li­zi, Kor­po­ra­tiv Mə­su­liy­yət və di­gər fən­lə­ri təd­ris et­dim. Re­al biz­nes keys­lə­ri­nə əsas­la­nan in­te­rak­tiv təd­ris me­to­do­lo­gi­ya­la­rı sa­yə­sin­də Ka­na­da­lı tə­lə­bə­lə­rin se­vim­li­si­nə çev­ril­dim. 
Ka­na­da­da tə­lə­bə­lə­rim­lə bir­lik­də “Tə­rə­kə­mə” rəq­si və ya­xud bir gül­lə ilə iki dov­şan vur­maq…
Audi­to­ri­ya­la­rı­mız­da ka­na­da­lı­lar ilə ya­na­şı, dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­dən olan bir çox bey­nəl­xalq tə­lə­bə­lər də var­dı. Hin­dis­tan, Çin, Vyet­nam, İorda­ni­ya, Ar­gen­ti­na, Bra­zi­li­ya, Mek­si­ka­dan olan tə­lə­bə­lər üs­tün­lük təş­kil edir­di, hət­ta tə­lə­bə­lə­ri­min ara­sın­da doğ­ma Azər­bay­can­dan gə­lən gənc­lər də var­dı. Hər za­man Azər­bay­can mə­də­niy­yə­ti­ni, mu­si­qi­si­ni gənc tə­lə­bə­lər ara­sın­da təş­viq et­mə­yə ça­lı­şır­dım. Bir də­fə dərs­lər ara­sı fa­si­lə za­ma­nı audi­to­ri­ya­mız­da 50 nə­fər­dən ar­tıq tə­lə­bə­lə­ri­mi aya­ğa qal­dı­ra­raq “Tə­rə­kə­mə” və “Yal­lı” mu­si­qi­lə­ri­ni bir­lik­də rəqs edir­dik, bir də ba­şı­mı­zı qal­dır­dıq ki, bü­tün uni­ver­si­tet bi­zə qo­şu­lub rəqs edir. Ha­mı ma­raq­la­nır­dı ki, bu nə gö­zəl mu­si­qi­dir. Xa­ric­də ya­şa­yan həm­və­tən­lə­ri­mə öl­kə­mi­zin təş­vi­qi üçün bu cür für­sət­lər­dən da­im ya­rar­lan­ma­ğa ça­lış­ma­ğı töv­siy­yə edi­rəm. Bü­tün bun­lar həm öl­kə­mi­zin təb­li­ği­nə kö­mək edir, həm də tə­lə­bə­lə­ri­miz ara­sın­da “so­cia­li­zing” ef­fek­ti ya­ra­da­raq, təd­ris et­di­yim fən­lə­rin ef­fek­tiv mə­nim­sə­nil­mə­si­nə kö­mək edir­di. Ne­cə de­yər­lər, bir gül­lə ilə iki dov­şan vur­muş olur­dum…

Uzaq Ka­na­da­da Azər­bay­can tə­əs­süb­keş­li­yi… Və­tən­pər­vər sa­hib­kar…
Mə­nim dü­şün­cə tər­zi­mə gö­rə, xa­ri­ci öl­kə­də biz­nes sa­hə­sin­də nai­liy­yət­lər əl­də et­mək­lə iş­lər tam bit­mir, uğur­lu biz­nes ada­mı həm də Azər­bay­ca­nın təə­ssüb­keş­li­yi­nə qa­tıl­ma­lı, öl­kə­mi­zin dün­ya müs­tə­vi­sin­də təb­li­ğa­tı və təş­vi­qa­tı işi­nə öz şəx­si töh­fə­si­ni ver­mə­li­dir. Ka­na­da­da biz­nes fəa­liy­yə­tim­lə ya­na­şı, həm­çi­nin Azər­bay­can re­al­lıq­la­rı­nın dün­ya­da təş­viq edil­mə­si is­ti­qa­mə­tin­də də ça­lı­şır­dım.  Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı­na həm mad­di, həm də təş­ki­la­ti dəs­tə­yi­mi əsir­gə­mir­dim. 

44 gün­lük Vətən Mü­ha­ri­bəsinin elə ilk gü­nün­də şəx­si tə­şəb­bü­süm­lə Ka­na­da­nın müx­tə­lif əya­lət­lə­rin­də fəa­liy­yət gös­tə­rən 20-dən ar­tıq Azər­bay­can ic­ma təş­ki­lat­la­rı­nı bir ara­ya gə­ti­rə­rək, Ümum-Ka­na­da va­hid di­as­po­ra təş­ki­la­tı olan “Ka­na­da Azər­bay­can­lı­la­rı Şə­bə­kə­si”ni (KAŞ) bir sı­ra di­gər ak­ti­vist həm­və­tən­lə­rim­lə bir­gə tə­sis edə bil­dik. Ka­na­da­da ya­şa­yan bü­tün həm­və­tən­lə­ri­mi­zi sə­fər­bər edir­dik, çox­min­lik mi­tinq­lər təş­kil edir­dik, er­mə­ni tə­ca­vü­zü­nə qar­şı eti­raz səs­lə­ri­mi­zi bu öl­kə­nin rəs­mi dai­rə­lə­ri­nə çat­dı­rır­dıq. Ka­na­da me­dia­sın­da, te­le­vi­zi­ya­la­rın­da fə­al çı­xış­lar edir­dik, bu öl­kə­nin an­ti-Azər­bay­can möv­qe­yi­nin neyt­ral­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də mü­tə­şək­kil qay­da­da əli­miz­dən gə­lə­ni edir­dik. 2020-ci il­də ya­rat­dı­ğı­mız bu təş­ki­lat gü­ney­li, qu­zey­li, 100 min nə­fər­dən ar­tıq Ka­na­da azər­bay­can­lı­la­rı­nı öz sı­ra­la­rın­da bir­ləş­di­rir­di. Bir müd­dət­dən son­ra “Ka­na­da Azər­bay­can­lı­la­rı Di­as­po­ra­sı”nın səd­ri se­çil­dim və bu man­dat çər­çi­və­sin­də Ka­na­da­nın döv­lət rəs­mi­lə­ri, si­ya­sət­çi­lə­ri ilə sıx əla­qə­lər ya­ra­da­raq, Azər­bay­can ic­ma­sı­nın ma­ra­ğın­da olan mə­sə­lə­lə­rin Ka­na­da­nın döv­lət gün­də­mi­nə gə­ti­ril­mə­si­nə na­il olur­dum. Bu is­ti­qa­mət­də xey­li uğur­lar da qa­zan­dıq. 

Həm mü­ha­ri­bə za­ma­nı, həm də on­dan son­ra öl­kə­miz adı­na xey­li fay­da­lı iş­lər gör­dük. 2021-ci il­də Ka­na­da­nın 50-dən ar­tıq se­na­to­ru ilə gö­rü­şə­rək, Azər­bay­can hə­qi­qət­lə­ri­ni on­la­ra çat­dır­dıq. Se­na­tor­lar­la apar­dı­ğı­mız lob­bi­çi­lik və təş­vi­qat iş­lə­ri­nin nə­ti­cə­sin­də er­mə­ni­pə­rəst Se­na­tor Leo Hu­sa­ko­sun irə­li sür­dü­yü Azər­bay­ca­nın gu­ya tə­ca­vüz­kar ki­mi ta­nın­ma­sı ilə bağ­lı qət­na­mə la­yi­hə­si Ka­na­da Se­na­tın­da müt­ləq səs çox­lu­ğu ilə rədd edil­di. 

Apar­dı­ğı­mız məq­səd­yön­lü təş­vi­qat pro­se­si­nin nə­ti­cə­si ola­raq, 2022-ci il­də bəd­nam er­mə­ni ka­na­da­lı­la­rı­nın kəs­kin eti­raz­la­rı­na bax­ma­ya­raq, Ka­na­da­nın pay­tax­tı Ot­ta­va şə­hə­ri­nin me­ri Cim Vat­son tə­rə­fin­dən 26 fev­ral ta­ri­xi­nin Ot­ta­va şə­hə­rin­də Xo­ca­lı Soy­qı­rı­mı­nın rəs­mən Anım Gü­nü ki­mi elan edil­mə­si­nə də na­il ol­duq. 

Cə­nab Pre­zi­den­tin ça­ğı­rı­şı ilə Ka­na­da­nı tərk edib Və­tə­ni­mə ge­ri dön­düm
Mü­ha­ri­bə bit­dik­dən, Azər­bay­ca­nın öz əra­zi bü­töv­lü­yü­nü və su­ve­ren­li­yi­ni tam tə­min et­dik­dən son­ra cə­nab Pre­zi­dent İl­ham Əli­ye­vin dün­ya azər­bay­can­lı­la­rı­na öl­kə­mi­zin ye­ni stra­te­ji in­ki­şa­fın­da ya­xın­dan iş­ti­rak et­mə­yə sövq edən ça­ğı­rış­la­rı mə­ni Və­tə­nə ge­ri dön­mə­yə, mü­tə­rəq­qi bey­nəl­xalq təc­rü­bə­nin və “know-how”la­rın tət­bi­qi­nə baş­la­ma­ğa ruh­lan­dır­dı. 2023-cü ilin may ayın­da Azər­bay­ca­na qa­yıt­dım və il­lər ön­cə tə­sis et­di­yim şir­kət­lə­ri­mi, “AZESS­CO” MMC-ni (2006) ti­kin­ti-in­şa­at, “Ney­ron Tek­no­lo­cis” MMC-ni (2013) isə in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı is­ti­qa­mə­tin­də ak­tiv­ləş­di­rə­rək fəa­liy­yə­ti­mə baş­la­dım. Öl­kə rəh­bər­li­yi­nin mü­va­fiq tap­şı­rıq­la­rı­na uy­ğun ola­raq, COP-29 təd­bi­ri­nə ha­zır­lıq çər­çi­və­sin­də ge­niş-miq­yas­lı ti­kin­ti-in­şa­at iş­lə­ri­nə start ver­dik, həm­çi­nin dün­ya tren­di olan sü­ni in­tel­lekt üzə­rin­dən “low-co­de / no co­de” tex­no­lo­gi­ya­la­rı­nın öl­kə­miz­də ge­niş tət­bi­qi üzə­rin­də ça­lış­ma­ğa baş­la­dıq. Öl­kə­mi­zə ge­ri dö­nər­kən, sa­hib­kar­lı­ğın in­ki­şa­fı və biz­ne­sin sti­mul­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də apa­rıl­mış is­la­hat­la­rın re­al nə­ti­cə­lə­ri mə­ni va­leh et­miş­di və bu­nun­la bağ­lı öl­kə baş­çı­mı­za sə­mi­mi tə­şək­kü­rü­mü bil­dir­mə­yi özü­mə borc he­sab edi­rəm.  

Uğur­lu biz­nes düs­tu­ru­nun va­cib kom­po­nent­lə­rin­dən bi­ri mü­kəm­məl təh­sil al­maq­dır
Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin bey­nəl­xalq mü­na­si­bət­lər üz­rə ba­ka­lavr və ma­gistr təh­si­li­ni al­dıq­dan son­ra İn­gil­tə­rə­də Tə­da­rük və Təc­hi­zat İns­ti­tu­tun­da (Char­te­red İns­ti­tu­te of Purc­ha­sing & Supply) təc­hi­zat zən­ci­ri­nin ida­rə edil­mə­si üz­rə ma­gistr (MBA) də­rə­cə­si­nə, İs­veç­rə­də Ce­nev­rə Bey­nəl­xalq Mü­na­si­bət­lər və Dip­lo­ma­ti­ya Mək­tə­bin­də (Uni­ver­sity of Swit­zer­land, Ge­ne­va Scho­ol of Dip­lo­macy and In­ter­na­tio­nal Re­la­ti­ons) bey­nəl­xalq mü­na­si­bət­lər üz­rə dok­tor (PhD) el­mi də­rə­cə­si­nə yi­yə­lən­dim. Ka­na­da­nın To­ron­to şə­hə­rin­də Se­ne­ca Kol­le­cin­də da­ya­nıq­lı biz­nes ida­rə­et­mə­si üz­rə post-dok­tor­luq təh­si­li al­dım.  Uğur he­ka­yə­min əsa­sın­da mü­kəm­məl təh­sil al­ma­ğım­la ya­na­şı, həm də 21-ci əsr ba­ca­rıq­la­rı­na hə­lə gənc­lik yaş­la­rın­dan yi­yə­lən­mə­yim da­ya­nır. Sin­qa­pur Döv­lət İda­rə­çi­li­yi Kol­le­ci, Al­ma­ni­ya­nın Har­ti İda­rə­çi­lik Mək­tə­bi, Avst­ri­ya­nın Bir­gə Vya­na İns­ti­tu­tu ki­mi dün­ya­nın nü­fuz­lu təh­sil mü­əs­si­sə­lə­rin­də bir sı­ra qlo­bal təh­sil və tə­lim proq­ram­la­rı­nı da uğur­la bi­tir­mi­şəm. 

Oxu­cu­la­rı­mı­za töv­siy­yə­lə­rim, me­saj­la­rım…
Klas­sik biz­nes an­la­mı­na nə­zər sal­saq, biz­nes­də uğur qa­zan­maq is­tə­yir­sən­sə, bir ne­çə va­cib mə­sə­lə­dən bi­ri­ni müt­ləq həll et­mə­li­sən: ya ba­zar­da möv­cud xid­mət və məh­sul­la­rı da­ha ucuz qiy­mə­tə təq­dim et­mə­yi ba­car­ma­lı­san, ya da məh­sul və xid­mət­lə­rin dif­fe­ren­sia­si­ya­sı­na na­il ol­ma­lı­san, möv­cud olan­lar­dan fərq­li məh­sul­lar ər­sə­yə gə­tir­mə­li­sən.  
Uğur, özü­nə inam və qə­tiy­yət­li bir iş­gü­zar mən­ti­qi tə­ləb edir. Bu, xü­su­si­lə gənc sa­hib­kar­lar üçün da­ha da mü­hüm­dür, çün­ki on­lar həm öz iş­lə­ri­ni qur­ma­ğın, həm də şəx­si və pe­şə­kar in­ki­şa­fın müx­tə­lif çə­tin­lik­lə­ri ilə üz­lə­şir­lər. Uğur­lu bir gənc sa­hib­kar ol­ma­ğın əsa­sı­nı qo­yar­kən, bir ne­çə əsas prin­si­pi nə­zə­rə al­ma­lı­yıq:
• Məq­səd­lə­ri mü­əy­yən­ləş­dir­mək: İşi­ni­zin nə is­ti­qa­mət­də get­di­yi­ni və nə­yə na­il ol­maq is­tə­di­yi­ni­zi bil­mək, uğu­ru­nu­zun əsa­sı­nı təş­kil edir. Bu məq­səd­lər həm qı­sa müd­dət­li, həm də uzun müd­dət­li ol­ma­lı­dır. Mə­sə­lən, bir il ər­zin­də mü­əy­yən bir məb­ləğ­də gə­lir əl­də et­mək, beş il ər­zin­də isə öz sa­hə­niz­də li­der ol­maq ki­mi.
• Stra­te­gi­ya və plan­laş­dır­ma: Hə­dəf­lə­ri­ni­zə ne­cə ça­ta­ca­ğı­nı­zı plan­laş­dır­maq, on­la­rı re­al­laş­dır­ma­ğın əsas his­sə­si­dir. Bu plan­lar, si­zin ba­zar araş­dır­ma­nız­dan, ma­liy­yə pla­nı­nız­dan, mar­ke­tinq və sa­tış stra­te­gi­ya­la­rı­nız­dan iba­rət ol­ma­lı­dır.
• Öy­rən­mə və in­ki­şaf: Gənc sa­hib­kar­lar üçün dai­mi öy­rən­mək və öz ba­ca­rıq­la­rı­nı in­ki­şaf et­dir­mək mü­hüm­dür. Bu, həm işi­ni­zin tex­ni­ki tə­rəf­lə­ri ilə bağ­lı, həm də şəx­si in­ki­şaf və li­der­lik ba­ca­rıq­la­rı ilə əla­qə­dar­dır. 
Bu sa­da­la­dı­ğım prin­sip­lə­rə əsas­la­na­raq, gənc sa­hib­kar­la­ra de­yə­cə­yim ən mü­hüm töv­siy­yə­lə­rim bun­lar­dır:
• Risk gö­tür­mə­yi ba­car­maq
• Səbr nü­ma­yiş et­dir­mək
• İnad­cıl­lıq­la irə­li­lə­mək

Bu üç mə­sə­lə­ni həll et­sə­niz işin 50%-i gö­rül­müş sa­yı­lır. Yer­də qa­lan­lar tex­ni­ki mə­sə­lə­lər­dir.  Sa­hib­kar ol­maq risk­lə­ri özün­də bir­ləş­di­rir, an­caq bu risk­lə­ri ida­rə et­mə­yi öy­rən­mək va­cib­dir. Sa­hib­kar ki­mi, siz, risk­lə­ri qə­bul et­mək və on­la­rı ida­rə et­mək ba­ca­rı­ğı­na sa­hib ol­ma­lı­sı­nız. Bu, ma­liy­yə risk­lə­rin­dən tut­muş, ba­zar də­yi­şik­lik­lə­ri­nə qə­dər müx­tə­lif risk­lə­ri əha­tə edə bi­lər. Risk­lə­ri­ni­zi düz­gün qiy­mət­lən­dir­mək və on­la­ra ha­zır ol­maq üçün həm möv­cud ma­liy­yə və­ziy­yə­ti­ni­zi, həm də po­ten­si­al mən­fə­ət və zə­rər­lə­ri nə­zər­dən ke­çi­rin.
Ya­ra­dı­cı­lıq və ye­ni­lik, uğur­lu sa­hib­kar­lı­ğın əsas his­sə­si­dir. Fərq­li dü­şün­mək, ye­ni ide­ya­lar ya­rat­maq və möv­cud prob­lem­lə­rə qey­ri-adi həl­lər tap­maq, sa­hib­ka­rın biz­ne­si­ni ba­za­rın qa­lan his­sə­sin­dən fərq­lən­di­rir. Ye­ni və ya­ra­dı­cı fi­kir­lə­ri in­ki­şaf et­di­rin. Bu­nu et­mək üçün müx­tə­lif mən­bə­lər­dən il­ham alın, müx­tə­lif mə­də­niy­yət­lər və sa­hə­lər haq­qın­da öy­rə­nin və ya­ra­dı­cı­lı­ğı­nı­zı ar­tı­ran fəa­liy­yət­lər­lə məş­ğul olun. Bu, si­zin dü­şün­cə tər­zi­ni­zi ge­niş­lən­di­rə­cək və ye­ni­lik­çi ide­ya­la­rın ya­ran­ma­sı­na kö­mək edə­cək. Mə­nim bu mü­sa­hi­bə­də yer alan şəx­si keys­lə­ri­mi nə­zər­dən ke­çir­sə­niz gö­rə­cək­si­niz ki, nə qə­dər fərq­li-fərq­li sek­tor­lar­da özü­mü sı­na­mı­şam və sı­fır­dan qur­du­ğum bir şir­kə­ti mən­fə­ət­li mü­əs­si­sə­yə trans­for­ma­si­ya edə bil­mi­şəm. Uğur fak­to­ru mə­sə­lə­lə­rə ya­ra­dı­cı və fərq­li ya­naş­ma­dan çox ası­lı­dır.

Uğur­lu bir gənc sa­hib­kar ol­maq üçün, hə­dəf­lə­ri­ni­zi mü­əy­yən­ləş­di­rin, öz bi­lik və ba­ca­rıq­la­rı­nı­zı in­ki­şaf et­di­rin, güc­lü şə­bə­kə­lər qu­run, men­tor­luq­dan ya­rar­la­nın və risk­lə­ri ida­rə et­mə­yi öy­rə­nin. Ya­ra­dı­cı­lıq və ye­ni­lik, ef­fek­tiv mar­ke­tinq və sa­tış stra­te­gi­ya­la­rı, müş­tə­ri mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı, vaxt və re­surs­la­rın ida­rə edil­mə­si ki­mi sa­hə­lər­də ba­ca­rıq­la­rı­nı­zı ar­tı­rın. Bu yol­lar­la, həm şəx­si, həm də pe­şə­kar in­ki­şa­fı­nı­zı tə­min edə bi­lər­si­niz. Uğur­lu gənc sa­hib­kar ol­maq yo­lu çə­tin və tə­ləb­kar ola bi­lər, am­ma hə­dəf­lə­ri­ni­zə sa­diq qa­la­raq və da­im öy­rə­nə­rək, bu yol­da irə­li­lə­yə bi­lər­si­niz.

Son­da onu de­yim ki, bu mü­sa­hi­bə­də mə­nim 15 ya­şım­dan bu gü­nə qə­dər­ki 30 il­lik hə­ya­tım­da qur­du­ğum biz­nes­lər­dən söh­bət aç­dım, uğur he­ka­yə­lə­rim­dən da­nış­dım. Hər bir uğur he­ka­yə­si bi­lir­si­niz­mi nə qə­dər uğur­suz cəhd­lər­dən ke­çi­b? Məhz ona gö­rə tək­ra­rən vur­ğu­la­maq is­tər­dim, sa­hib­kar ol­maq is­tə­yir­si­niz­sə, müt­ləq­dir ki, risk al­ma­ğı ba­ca­ra­caq­sı­nız, qar­şı­nı­za çı­xan ma­neə­lə­ri, uğur­suz cəhd­lə­ri səbr­lə dəf edə­cək­si­niz, həd­siz inad­cıl­lıq gös­tə­rə­cək­si­niz və nə­ti­cə­də uğur si­zin qa­pı­nız­da ola­caq­dır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)