Ekspert: İdxaldan asılı olduğumuz mallar üzrə vergini sıfırlamaq lazımdır
Rəsmi statistikanın məlumatına görə, Azərbaycanda pərakəndə ticarət dövriyyəsi üzrə əmtəələrin ölkə üzrə təxminən 40%-i idxal hesabına formalaşır. Bakı şəhəri üzrə bu göstərici isə 45%-ə yaxındır. Yəni, şəhər əhalisinin istifadə etdiyi mal və məhsulların 45 faizi xaricdn gətirilir. Müstəqil ekspertlər reallıqda bu asılılığın daha yüksək olduğuna inanır.
"BI" xəbər verir ki, iqtisadçı Rövşən Ağeyev gündəlik tələbat mallarına (qidadan tutmuş geyimə və məişət əşyalarınadək) 50% asılılğın özünü çox yüksək göstərici hesab edir.
Onun sözlərinə görə, idxaldan asılılığın çox yüksək olması, üstəlik milli valyutanın kəskin dəyər itirməsi nəticəsində idxalın bahalaşması, daxili tələbatı qarşılayacaq yerli istehsal potensialının yoxluğu, əmək haqqı artımı nəticəsində təklif inflyasiyasının, pul kütləsinin artımı nəticəsində isə tələb inflyasiyasının aktivləşməsi riskini yaradır.
R.Ağayev çıxış yolu kimi təklif edir ki, idxaldan kəskin asılılığımız olan əsas gündəlik mallarının istehsalının mümkün bazar tələbini qarşılaması üçün tədbirlər görmək, mümkün olmadığı halda fiskal maraqlardan imtina edib idxal asılılığımız yüksək (30%-i ötən) ən mühüm istehlak mallarının idxal vergi yükünü minimuma endirmək, hətta yerli istehsala zərbə vurmaq riski aşağı olduğu halda həmin vergiləri sıfırlamaq lazımdır.
"Hər halda 2019-cu ilin iqtisadiyyat üçün inflyasiyaya yüksək həssaslığını il başlayandan hər kəs hiss edə bilir. Güman ki, bu stiuasiyada ən çətin vəziyyətlə monetar hakimiyyət üzləşəcək".
Hər halda, dövriyyəyə daxil olan əlavə pul kütləsinin ilin birinci rübü üzrə inflyasiyaya təsiri çox büruzə verməyəcək, çünki əksər artımlar mart ayından qüvvəyə minir. İnflayasiya göstəriciləri üzrə dinamika yəqin ki, apreldən sonra izlənəcək.