Sosial iqtisadiyyat

Azərbaycanda bəzi şəxslərin əmək pensiyası dövlət büdcəsindən ödəniləcək

Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.

Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi büdcə olacaq.

Dəyişikliklərin bu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)