Elm və Texnologiya

Bakının telefon şəbəkəsinə böyük sərmayə - TENDERİN NƏTİCƏSİ AÇIQLANDI

“Bakı Telefon Rabitəsi” MMC şəbəkə qurulmasına, telefonlaşdırma və mövcud şəbəkənin genişləndirilməsinə 14 milyon 221 min 733 manat xərcləyəcək.

MMC-dən  bildirilib ki, “Bakı Telefon Rabitəsi” keçirdiyi tenderin nəticələrini elan edib. Tenderin qalibi “DG Telecom” MMC olub və şirkətlə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, 130 min abunəçi şəbəkəsinin qurulması və 80 min mənzilin GPON (Gigabit imkanlı Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə telefonlaşdırılması və mövcud şəbəkənin genişləndirilməsi işləri nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)