Elm və Texnologiya

Nazir: Azərbaycanda 3 nəfərdən 2-si oxuduğunu anlamır

Oxuduğunu anlama ilə əlaqədar ciddi pedaqoji problem var, Bakının göstəricilərində bununla bağlı geriləmə müşahidə olunub.

ENA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

O qeyd edib ki, bu problem demək olar, regiona xas məsələdir:

"Azərbaycan və Bakı üzrə regionda oxu savadlılığı ilə bağlı göstəriciləri yaxşı olsa da, irəli getməyə yerimiz çoxdur. Təhsil ictimaiyyəti bunu ciddi müzakirə etməlidir.

Gələn il və 2029-da bu nəticələr 500 bala çata bilməyəcək. Amma 2033-cü ildə buna nail olmaq olar.

Azərbaycanda 3 adamdan ikisi oxuduğunu anlamır. Bunu dedikdə bu PISA tədqiqatlarının nəticələrinə istinad edirəm".

Nazir bildirib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir.

"Bunu müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)