Rəşad Orucovun İdarə Heyətindən istefası ilə bağlı AMB sədrindən AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini və İdarə Heyətinin üç üzvündən biri - Rəşad Orucovun İdarə Heyətindən çıxması ilə bağlı sənədlər Milli Məclisə daxil olub. Bu o deməkdirmi ki, Rəşad Orucov Mərkəzi Bankdakı vəzifəsindən gedir?
ENA.az-ın bununla bağlı sualına cavab olaraq T.Kazımov bildirib ki, AMB-nin birinci müavinini təyin etmək və ya azad etmək Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətindədir.