Bank

“Expressbank”dan “AccessBank”a transfer olub

“AccessBank” QSC-də yeni təyinat olub.

ENA.az xəbər verir ki, Roma Əliyev “AccessBank”da Ödəniş kartları biznesi departamentinə rəhbər təyin edilib.

O, 2021-ci ilin mart ayından bu təyinata qədər “Expressbank”ın Ödəniş sistemlərinin idarə edilməsi departamentinin direktoru olub.

2015-ci ilin sentyabrından 2021-ci ilin mart ayına kimi Bank “BTB”də Əməliyyatlar departamentinin direktoru vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)