Sənaye

SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodunda bölmələrdən biri fəaliyyətini dayandırdı

Azərbaycanın dövlət enerji şirkəti SOCAR bu ayın əvvəlində Türkiyədə sutkada 214 min barel xam neft emal etmək gücünə malik STAR neft emalı zavodunda dizel istehsalı üçün istifadə edilən ayırma qurğusunun fəaliyyətini dayandırıb.

Məsələ ilə tanış olan mənbə Reuters agentliyinə bildirib ki, hidrokrekinq ayırma qurğusu hidrogen qurğusunda yaranan nasazlıq səbəbindən dayandırılıb.

Mənbənin verdiyi məlumata görə, sözügedən bölmə yaxın günlərdə yenidən işə düşə bilər.

SOCAR nasazlıqla bağlı sualları cavablandırmayıb.

Hidrokrekinq qurğuları yüksək kükürdlü vakuum qaz yağı (VGO) dizel və reaktiv qaz yağı kimi daha qiymətli distillə edilmiş yanacağa çevirmək üçün hidrogen və katalizatordan istifadə edir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)